Əsas səhifə / Əsas menu / Dəb / Bu ilin gündəlik yaz geyimləri hansılardır?
Bizi mobildən daha sürətli  izləyin

Bu ilin gündəlik yaz geyimləri hansılardır?

Bu ilin gündəlik yaz geyimləri hansılardır?

c40ead77d7fe

Bu il yenə Bakı küçələri rəngarəngdir. Belə görünür ki, əhali, xüsusən də gənclər kifayət qədər dəblə ayaqlaşırlar.

Bəs bu yayın gündəlik geyimləri nələrir?

Kombinasiya olunmuş geyimlər

Ətək və cins şortlarla kombinasiya olunmuş işləməli bluz və beldən qısa geniş köynəklər bu il gündəlik geyimlərin əsas hissəsidir.

Bunlar daha çox qısa və geniş ətək, dizə qədər qalxan rəngarəng corablar, sərt rok ayaqqabılar və işləməli koftalardan kombinə olunmuş gənc geyimləridir.

Qısa çəkmə və konverslərlə geyinilən qısa, beldən uzun cins şort və beldən qısa gen köynəklər gündəlik geyim tərzidir.

İşləməli bluz modelləri bu il də hakimiyyətini qoruyur. Ətəklər isə güpürlü və sadə, uzun, qısa, geniş və uçuşan tərzdədir.

2015-ci ilin dəbli donları

Yenə işləməli, şifon parçalardan gen ətəkli, qıvraq görünüşlü donlar bu yayın dəbi oldu. Bele görünür bu yay daha çox şux və dəbli görünüşlə yayaşı rahatlığa daha çox önəm veriləcək.

Qeyd edək ki, bu ilin dəbləri arasında daha çox hippie tərzi diqqəti çəkir.


Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …