Əsas səhifə / Əsas menu / Video / Bu insanlar daha tez ölürlər – Video
Bizi mobildən daha sürətli  izləyin

Bu insanlar daha tez ölürlər – Video

yyBu insanlar daha tez ölürlər – Video

Ailəsi, qonşusu, iş yoldaşları, qohumları, dostları ilə münaqişələr yaşayan, tez əsəbləşən insanlar həyatdan daha tez köçürlər. Belə bir açıqlama ilə Danimarkanın Kopenhagen Universitetinin mütəxəsissləri çıxış ediblər.

Mütəxəsisslər 10 il ərzində 10 minə yaxın insan üzərində araşdırma aparıblar. Araşdırma nəticəsində xırda anlaşılmazlıqlara görə əsəblərinə hakim ola bilməyərək yaxınları ilə münaqişə edən insanların əvvəl depressiyaya düşdüyü məlum olub. O da məlum olub ki, depressiya əsəb sisteminin pozulması və ürək damar xəstəliklərinin baş qaldırması ilə nəticələnir. Hətta bu cür söz-söhbətlər immunitetin zəifləməsi nəticəsində xərçəngə tutulma riskini də artırmış olur.

Münaqişəyə meylli, tez özündən çıxan insanlar yalnız özlərinə deyil övladlarına da mənfi təsir göstərirlər. Azyaşlıların 50 faizi valideynlərinin istənilən şəxslə tez-tez baş verən münaqişəsi ucbatından əsəb pozğunluğu yaşayır və ətraf aləmdən özünü təcrid edir.



Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …