Əsas səhifə / Əsas menu / Pəhriz / Bu məsləhətlərə qulaq assanız, kökəlməyəcəksiniz
Bizi mobildən daha sürətli  izləyin

Bu məsləhətlərə qulaq assanız, kökəlməyəcəksiniz

21130

Bu məsləhətlərə qulaq assanız, kökəlməyəcəksiniz

Hamımız bilirik ki, yağlı yeməklər sağlamlığımızı təhlükəyə atır. Çünki yağlar qan damarlarında toplanaraq qan dövranını yavaşladır. Damarlarda toplanan yağ ürək xəstəliklərinin əsas səbəblərindən biridir. Yağlı qidalar həm də, ideal çəkidə qalmağı çətinləşdirir. Yağın bu zərərlərindən xəbərdar olmağımıza baxmayaraq, etiraf etməliyik ki, yağsız yeməklər o qədər də dadlı olmur. Ona görə də, çox vaxt nəfsimizə məğlub olub yağlı yeməklər yeyirik.
Ancaq təəssüflənməyə dəyməz. Çünki bu məsləhətlərə əməl edərək yağlı qidaların zərərlərini azalda, ideal çəkiyə qovuşa bilərsiniz.

Dünyaca məşhur həkim Joel K. Kahn bildirir ki, bir neçə qaydaya əməl edərək yağın orqanizmə zərər verməsinin qarşısını almaq olar. Həmin qaydalar aşağıdakılardır:

1.Əgər yağlı əti bişirərkən yandırmısınızsa, mütləq yanmış hissələri təmizləyin. Çünki yanmış yağ xərçəngə səbəb olur. Həmçinin, şəkər xəstəliyinə də gətirib çıxara bilir. Ətin yanmaması üçün bişirmədən öncə ona limon suyu və sirkə vura bilərsiniz.

2.Araşdırmalar gündə 2 qədəh qırmızı şərab içməyin yağların damarlarda toplanmasının qarşısını aldığını ortaya çıxarıb. Üzüm şirəsinin də eyni effekti verdiyi bildirilir.

3.Kaliforniya Universitetinin apardığı araşdırmaya görə, avokado hamburger kimi fast-food yeməklərinin orqanizmə verdiyi zərərin qarşısını ala bilir. Belə yeməklərdən sonra avokado yeyərək sağlamlığınızı qoruya bilərsiniz.

4.Günorta yeməyindən yarım saat sonra, 30 dəqiqə sürətlə yerimək qandakı yağ miqdarının azalmasına kömək edir.

Buna da baxın

Kökəlməmək üçün bəzi hiylələr

Whatsapp ilə Paylaş Alimlərin fikirinə görə, 2025-ci ilə kimi dünyada yaşayan 40% kişilərin və 50% …