Əsas səhifə / Əsas menu / Gözəllik / Bu maska saçınıza həcm qazandıracaq
Bizi mobildən daha sürətli  izləyin

Bu maska saçınıza həcm qazandıracaq

sacahecm qazaandiran maska
Saçlarınıza həcm qazandırmaq istəyirsinizsə avokado və yumurta sarısının möhtəşəm xüsusiyyətlərindən faydalanaraq yaradılmış bu təbii maskanı siyahıda ilk sıraya qoymağınızı təklif edirik. Saçlarınıza lazım olan nəmi qazandıran, saçlarınızı qidalandıran  və həcmini  artıran bu saç maskasını hazırlamaq  və tətbiq etmək olduqca asandır.

Avokado tərkibindəki  zəngin antioksidantlar və A, E, D, B6 vitaminləri sayəsində saçlarınızın tökülməsinin qarşısını alır,  uzanmasını  və güclənməsini təmin edər. Saç hüceyrələrinin ehtiyacı olan nəmin saç hüceyrələrinə hopmasına kömək olur.

Avokado və yumurta sarısı saç maskası

Tərkibi:

1/2  avokado
1 yumurta sarısı
Çırpmaq üçün bir çəngəl
Kiçik bir kasa

Hazırlanması və tətbiqi:

Yumurta sarısını çəngəl ilə yaxşıca çırpın.
Avokadonu  dadoğrayıcıdan keçirərək  püre halına gəlməsini təmin edin.
Avokadonun püre  hala gəlməsi çox əhəmiyyətlidir, daha sonra saçlarınızı yuyarkən təmizləməkdə  çətinlik çəkə bilərsiniz.
Sonra yumurta sarısını avokadoya əlavə  edərək, qarışdırmağa davam edin.
Duşda saçlarınızı isladın. Daha sonra maskanı saç dərinizdən başlayıb uclarına doğru çəkin.
Saç dərinizə bu qarışıq ilə 5 dəqiqə boyunca masaj edin.
Bütün maska ​​saçınızdan çıxana qədər saçlarınızı soyuq suyla(az ilıq da ola bilər) bir iki dəfə yaxalayın.
Saçlarınızı isti suyla durulamayın. Maskadakı yumurta sarısı saçınızda bişə bilər.
Əgər avokado dənələrini yuyaraq saçlarınızdan təmizləyə bilmirsinizsə,  daraqdan istifadə edin.
Saçlarınızı şampunla yuyun.
Saçlarınızın təbii yollarla qurudun.
Həftədə bir dəfə nizamlı olaraq bu maskanı təkrar etsəniz,  saçlarınızın həcm qazandığını görəcəksiniz.

Buna da baxın

İncə telli saçlara 5 addımda həcm qazandır

Whatsapp ilə PaylaşSaç kremini təxirə salma Şampundan sonra mütləq krem istifadə edin.  Canlılıq və həcm verən …