Əsas səhifə / Əsas menu / Gözəllik / Bu maskadan sonra tonal kremə ehtiyac qalmayacaq
Bizi mobildən daha sürətli  izləyin

Bu maskadan sonra tonal kremə ehtiyac qalmayacaq

k

Cildi təmizləmək üçün istifadə ediləcək ən yaxşı vasitələrdən biri yulafdır.

Yulafın cildə faydaları hədsiz dərəcədə çoxdur. Siz də yulafın faydalarından yaralanmaq istəyirsinizsə, Qadınklubu.com-un təqdim etdiyi yulafdan hazırlanan maskalardan istifadə edə bilərsiniz.

Yulaflı maskalar

Yağlı cildlər üçün maska:

-Yulaf lı maskanın hazırlanması son dərəcə sadədir. Sadə yulaf maskası üçün əvvəlcə, bir su stəkanı yulaf dənələrini bir qazana tökün. Üzərinə kifayət qədər su əlavə edib bişirin. Daha sonra bu vəsaiti süzgəcdən süzün. Süzgəcdə qalan yulaf dənələrini əzin. Əzilmiş yulafa qazanda qalan yulaflı suyu əlavə edərək, krem halına gətirib üzünüzə sürtün. Yarım saat dəqiqə sonra yuyun.

  • 2 xörək qaşığı yulafı suda və ya süddə 15 dəqiqə qaynadılır. Soyuduqdan sonra içinə bir qaşıq bal əlavə edilir. İlıq vəziyyətdə üzə çəkilir. 15 dəqiqə sonra ilıq su ilə yuyularaq çıxarılır.

-Yulaf unu, bal və qatıq qarışıqı da möcüzələr yaradır. Un, bal və qatığı qarışdırın. Bu qarışığı üzünüzə yaxşıca sürtün,

5 dəqiqə sonra yuyun.

-Yulaf qaymaq ilə birləşərək gözəl bir baxım məhsulu olur. Bunu əldə etmək üçün yulaf dənələrini bişirin. 2 su stəkanı su ilə bir çay stəkanı yulaf bişirin. Sıyıq halına gəldikdən sonra soyudun və qaymaq ilə qarışdırın. Bu təbii kremi üzünüzə sürtün. Boynunuza da sürtə bilərsiniz. 20 dəqiqə gözlətdikdən sonra südə vurduğunuz pambıqla silin.

Ardından ilıq suyla yuyun. Bu maska dərini həm qidalandırır, həm də canlandırır.