Əsas səhifə / Əsas menu / Gözəllik / Bu maskalar vaxtınıza və büdcənizə qənaət edəcək
Bizi mobildən daha sürətli  izləyin

Bu maskalar vaxtınıza və büdcənizə qənaət edəcək

Portrait of girl with the ideal skin, isolated on a white background

Evdə hazırlayacağınız maskalar nəticəsində həm vaxtınıza həm də büdcənizə qənaət edərək gözəlləşə bilərsiniz.

Qadınklubu.com evdə olan vasitələrlə hazırlayacağınız 5 maska reseptini təqdim edir.

Pomidor maskası

Bir kiçik pomidor, bir çay qaşığı limon suyu və bir xörək qaşığı yulaf əzməsini blenderde pürə halına gətirin. Üzünüzə çəkin və 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Üzünüzün canlandığını həmin dəqiqə görəcəksiniz.

Yumurta sarısı və bal maskası

2 yumurta sarısı və 3 xörək qaşığı və 3 damla badam yağını qarışdırın. Üzünüzə və boynunuza tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maska nəticəsində cildiniz nəmlənəcək.

Avokadolu və bananlı bal maskası

Yarım avokado və yarım ədəd bananı pürə halına gələnə kimi əzin. Üzərinə 2 xörək qaşığı bal əlavə edib qarışdırın. Masaj hərəkətləri ilə üzünüzə tətbiq edin. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu maska üzünün canlanmasına və nəmlənməsinə səbəb olacaq.

Yumurta ağı və şaftalı maskası

Yarım şaftalı ilə yumurtanın ağını bir maddə halına gələnə qədər qarışdırın. Daha sonra üzünüzə tətbiq edib 20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska ilə cildiniz həm təmizlənəcək həm də canlılıq qazanacaqdır.

Buna da baxın

Qalın qaşlara hansı makiyaj yaraşır?!

Whatsapp ilə Paylaş Əgər qalın qaşların varsa, çox şanslısan. Çünki, qalın qaşlar dəbdədir və uzun …