Əsas səhifə / Əsas menu / Pəhriz / Bu meyvələri yeyin və arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Bu meyvələri yeyin və arıqlayın

http_95.86.135.60_bpictures_picture85294

Bu meyvələri yeyin və arıqlayın

Xanımların qorxulu yuxusuna çevrilmiş artıq çəkilər yay aylarında daha da dəhşətli görünür. Sellülit, artıq çəki şikayəti olan qadınlar isə daim onlardan qurtulmaqdan ötrü müxtəlif yollara əl atırlar.
Asan çıxış yolu sayılan pəhrizlərdən əlavə, meyvələrlə sağlam şəkildə arıqlamaq mümkündür. Həmin meyvələr aşağıdakılardır.

Alça:

C və A vitamini, lif baxımından zəngindir. Yüksək antioksidan tutumuna malikdir və detoks üçün də yararlıdır. Həzmi asanlaşdırır, qəbzlik üçün faydalıdır.

Gilas və albalı:

Bu meyvələr qana daha gec qarışır və bu da artıq çəkini atmağa kömək edir. Tərkiblərində olan antosiyan sayəsində ağrılara qarşı təsirlidir. Araşdırmalar nəticəsində məlum olub ki, 20 dənə gilas bir aspirin qədər təsirlidir. Tərkiblərində olan antosiyan E və C vitaminlərinə bənzər antioksidan təsiri yaradır.

Qarpız:

Vitamin və mineral baxımından zəngindir, antioksidan tutumu yüksəkdir. Xüsusilə potasium və magneziumla zəngindir. Qarpız eyni zamanda xərçəngə qarşı qoruyur. Bağırsaq sistemini qaydaya salır, qəbzliyin qarşısını alır. Bol su tutumu olduğu üçün sellülitin əsas düşmənlərindən biridir.

Manqo:

Orta ölçülü manqo gün ərzində insana lazım olan C vitamini ehtiyacını ödəyir. Bu xüsusiyyəti ilə yağların yandırılmasında yayın əvəzedilməz meyvələrindən biridir. Yaddaşın güclənməsinə kömək edir. A, C, E vitamini və dəmir mineralı ilə daha zəngindir.

Böyürtkən:

Artıq çəkini atmaq üçün çox yararlıdır. Qara tut da bu siyahıya daxildir. 8-10 ədəd böyürtkən 58 kaloridir. Kalsium, dəmir, B1, B2, B3 və C vitamini baxımından zəngindir. Sellülitlərin qarşısını alır.

Ərik:

Lif tərkiblidir və arıqlamağa kömək edir. Sellülitin qarşısını almaqda böyük rolu var. 4 ədəd ərik 51 kaloridir. Eyni zamanda xərçəngə qarşı qoruyur. Qəbzliyin isə ən böyük düşməni hesab etmək olar.

Moruq:

Moruqla dolu bir balaca kasa 64 kaloridir. Bütün qırmızı meyvələr aclığın qarşısını alan liflərə sahibdir. Moruqda isə bu liflər daha çoxdur. Kalorisinin az olmağı sellülitlərin qarşısını almağa kömək edir.

Şaftalı:

Həzmi asanlaşdırır və metabolizmanı sürətləndirir. Böyrəklərin və öd kisəsinin normal qaydada işləməsinə kömək edir. C, A və B3 vitamini, potasium, folik asit baxımından olduqca zəngindir. Kiçik ölçülü bir şaftalı 38 kaloridir.

Buna da baxın

3 gündə 5 kq arıqladan-Naringi dieti

Whatsapp ilə Paylaş Tərkibindəki C vitamini ilə sağlamlığımız üçün olduqca əhəmiyyətli olan naringi  diet proqramı …