Əsas səhifə / Manşet / Bu münasibətə ad qoymağın zamanı gəldi..
Bizi mobildən daha sürətli  izləyin

Bu münasibətə ad qoymağın zamanı gəldi..

musaddd
İnsanlar yarandıqdan bəri bu qarışıq dünyada öz yarını tapmağa çalışırlar. Münasibət qurmaq, tanışlıqlar və s. Bunları demək olar ki, bütün insanlar edirlər. Vaxtında düzgün insanı tapmaq və gözəl bir münasibət qurmaq, həqiqətən çox çətindir. Bəzən keçmişdə yaşananlar, gələcək xəyallar bir-birinə qarışıb, dolaşıq bir hala gəlir. Lakin əsas keçmiş deyil, bu günü yaşamağa çalışın.  Bizi narahat edən məsələlərdən biri də içində olduğumuz münasibətin inkişafıdır. Xüsusən də qadınlar, bir çox halda münasibətin gedişatından narahat olurlar. Yaşadığı münasibətin bir adının olub-olmadığını düşünür, bunun üçün tələsirlər. Görəsən bu münasibət necə başlayıbsa, elə davam edəcək? Yoxsa, hər şeyi öz axarına buraxmalıyıq?

Qadinklubu.com-dan bir neçə MƏSLƏHƏT

Tələsməyin

Oğlanı görər-görməz onu bəy paltarında xəyal etməyin. Bir neçə görüşdən sonra partnerinə “Biz nəyik?” sualını verən qadınlar, adətən istədikləri cavabı almırlar.

Gözləntiləri azaldın

Siz bir münasibətdən çox şey gözləyə bilərsiniz. Lakin bunu o qədər də bəlli etməyin. Çünki, bu qarşı tərəfi qorxuda bilər. Nəzərə alın ki, ailə, iş kimi standartlar da münasibətlərdə rol oynayır.

Gözləyin, özü danışsın

Bir insanla tanış olduğunuz zaman onun haqda bildiyiniz bir-iki məlumatla bütün öz keçmişini araşdırmağa çalışmayın. Yoxsa, bu sizi şübhəçi, güvənməyən biri kimi göstərə bilər. İcazə vern, zamanla o özünü sizə tanıtsın. Sizin gözünüzdə necə görünməyə o özü qərar versin.

Evinizin qadını olun

Hər nə qədər müasir dövrdə yaşasaq da, qadınlar artıq bütün sahələrdə çalışsalar da, bir kişi qadından ən əsas qayğı istəyir. Ona hiss etdirin ki, o gələcəkdə evə gələndə təmiz paltar, bir qab yemək  görə biləcək. O zaman münasibətinizdə müsbətə doğru irəliləyişlər olacağını görəcəksiniz.

Buna da baxın

Qadınların sevmədiyi kişi davranışları

Whatsapp ilə PaylaşAğız qoxusu. Bunu aradan qaldırmaq üçün bir çox üsul vardır. Ağız qoxusu sizin …