Əsas səhifə / Əsas menu / Xəbər / Bu ölkədə oruc tutmaq qadağan edildi
Bizi mobildən daha sürətli  izləyin

Bu ölkədə oruc tutmaq qadağan edildi

yyuBu ölkədə oruc tutmaq qadağan edildi

Çində təzyiqlər altında yaşayan uyğurlar Ramazan qadağası ilə üzləşiblər.

Çin keçən il olduğu kimi bu il də Sinzyan Uyğur Özerk Bölgəsindəki dövlət işçilərinə oruc tutmağı qadağan edib. Çin rəhbərliyinin yaydığı xəbərdə bildirilir ki, Şərqi Türkistan olaraq bilinən Sinzyan Uyğur bölgəsində dövlət qulluqçuların, tələbələrin və müəllimlərin oruc tutması qadağan edilir. Həmçinin, uyğurlara məxsus restoranların oruc saatları müddətində açıq olmasına məcburiyyət qoyuldu. Dünya Uyğur Konqresi nümayəndəsi Dilşat Raşit Çin hökümətinin müsəlmanların işlətdiyi restoran və mağazalarda siqaret və spirtli içkilərin satışının davam etdirilməsinin tələb olunduğunu bildirdi. Baş verənlərdən məyus olan Konqresin digər üzvü olan Seyid Türkmən Çinə qarğış edib: “İnşallah Çin höküməti beynəlxalq arenada sıxışdırılar və Ramazanda oruc qadağası ləğv olunar”.


Buna da baxın

Ramazanda susuz qalmamaq üçün möcüzə qarışım

Whatsapp ilə PaylaşRamazanda susuz qalmamaq üçün möcüzə qarışım Ramazan ayının yay dövründə gəlməsi səbəbiylə oruc …