Əsas səhifə / Uncategorized / Bu pozalarda yatmaq olmaz! – XƏBƏRDARLIQ
Bizi mobildən daha sürətli  izləyin

Bu pozalarda yatmaq olmaz! – XƏBƏRDARLIQ

İnsan həyatının 1/3 hissəsini yuxuda keçirir. Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz? Aile.lent.az saglamolun.az-a istinadən həmin pozaları təqdim edir.

– Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq

Bu vəziyyətdə onurğa arteriyası sıxılmış vəziyyətdə qalır ki, baş beynin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyandır.
Bu poza həmçinin boyun fəqərələri üçün ziyandır və osteoxondrozun inkişafına səbəb ola bilər.
Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.
Nəhayət, bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır – dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

– Bel üstə hündür yastıqda yatmaq

İnsanlar əsasən televizora baxanda və ya kitab oxuyanda bu pozada yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.
Həmçinin “apnoe” kimi ciddi pozulmadan əziyyət çəkən insanlara bu pozada yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində “apnoe” yaranır. “Apnoe” yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

– Bel üstə yastıqsız yatmaq

Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.
Həmçinin, bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.
Həkimlərin fikrinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumşaq, nə də çox bərk olmalıdır. Yastıq hündür olmamalı, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal-hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

b_420_0_16777215_0___images_stories_Maraqlixeber_yuxu-pozasi2

Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin, bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.
Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.

b_420_0_16777215_0___images_stories_Maraqlixeber_yuxu-pozasi3

Buna da baxın

Uşaq pudrası bir çox problemlərin çarəsi imiş

Whatsapp ilə Paylaş Uşağınızın həssas dərilərinin qıcıqlanmasını önləmək üçün istifadə etdiyiniz uşaq pudrasının istifadə qaydalarını …