Əsas səhifə / Manşet / Bu qabları qabyuyan maşında yusanız…
Bizi mobildən daha sürətli  izləyin

Bu qabları qabyuyan maşında yusanız…

bu qablar qabyuyan maşında yumayın.jpgh

Qabyuyan maşın hər nə qədər mətbəxdəki işləri asanlaşdırsa da, bəzi mənfi cəhətləri də vardır.

Qabyuyan maşın yüksək təzyiqli və isti su ilə qabları yuduğundan bu istilik hər qaba eyni təsir etmir. Məhz bu səbəbdən bir çox qablarınız zərər görə bilər. Bu kimi hallarla qarşılaşmamaq və ən əsası qablarınızı qabyuyan maşına qoyduqdan sonra surpriz nəticələrlə qarşılaşmamaq üçün Qadinklubu.com-un təqdim etdiyi bir sıra qaydaları bilməyiniz faydalıdır.

Teflon tava və qazanlar

Teflon qazan və tavaların fərqləndirici xüsusiyyətləri yeməyin tavaya yapışmaması və təbii ki, digər qablara nisbətən daha tez təmizlənməsidir. Məhz bu səbəbdən də bu tip qazan və tavaları əllə yumaq daha məqsədəuyğundur. Qabyuyan maşında yüksək təzyiqli su və qabyuyan yuyucu tozunun təsirindən bu qablarınız mənfi təsirə məruz qalır.

Çuqun tava

“Dəmirlə su uzun müddət təmas etsə nə olar?” deyə soruşsaq, cavab sadədir: paslanır. Kimsə də pul verib aldığı, mətbəxdə olduqca işinə yarayan tavasının paslanmasını istəməz. Çuqun tavanın səthini örtəcək qədər yağ doldurub atəşə qoysanız tava yapışmaz  eyni zamanda tavanın quruluşunu qoruyaraq ömrünü uzadar. Amma eyni tavanı qabyuyan maşınına qoyduğunuz zaman tava zərər görər.

Taxta mətbəx əşyaları

bu qablar qabyuyan maşında yumayın.jpgt

İstilik taxta vəsaitə ciddi zərər verir. Qabyuyan maşınına taxta bir əşya qoyduğunuz anda o əşyanın qırılmaq, çatlamaq, parçalanma riskini də gözə almış olursunuz. Yuduqdan sonra qurulama düyməsinə basdıqda bu çatlar arasına mikrobların toplanması təhlükəsi də yüksəkdir.

Bıçaqlar

Bıçaqlar təzyiqli suyun təsirindən daha tez kütləşir. Bu səbəbdən mümkün qədər bıçaqlarınızı əlinizdə yumağa üstünlük verin.

Kristal stəkanlar

bu qablar qabyuyan maşında yumayın

Kristal stəkanlar istiliyin təsirindən öz parlaqlığını itirir.

 

El işi stəkanlar

bu qablar qabyuyan maşında yumayın.jpg6

Əl işi olan naxışlı stəkanlar istinin və yuyucu tozun təsirindən bütün naxışlarını itirə bilər. Bu səbəbdən qabyuyan maşında yuyulmamasında fayda vardır.

Plastik dondurma, qatıq qabları

Hazır alınan qidaların qablarını saxlayaraq mətbəxinizdə istifadə edə bilərsiniz. Amma bu kimi qabları yuyarkən qabyuyan maşından istifadə etməyin. Çünki bu qablar istinin təsirindən əriyə bilər.

Plastik saxlama qabları

bu qablar qabyuyan maşında yumayın.jpgyy

Bu qabları mümkün qədər qabyuyan maşında yumayın. Çünki plastik və istilik bir araya gəldiyində ortaya çox da xoş olmayan sürprizlər çıxa bilər. Amma yenə də hər şeyə baxmayaraq risk almaq istəyirsinizsə, təklifimiz bu qabları ən üst rəfə tərs çevrilmiş olaraq qoyun.