Əsas səhifə / Əsas menu / Pəhriz / Bu qidalar iştahı azaldır – Arıqlamaq istəyənlərə SİYAHI
Bizi mobildən daha sürətli  izləyin

Bu qidalar iştahı azaldır – Arıqlamaq istəyənlərə SİYAHI

iu

Hər bazar ertəsi yeni bir pəhrizə başlayırıq, lakin həftə sonu olmamış pəhriz bitir. Artıq çəkidən şikayət edirsiniz, lakin dietanıza daxil olan yüngül qidalar sizi doyuzdurmur, özünüzü hər zaman ac hiss edirsiniz, iştahanıza əngəl ola bilmirsiniz və nəticədə pəhrizi pozmaq məcburiyyətində qalırsınız,. İştahanıza əngəl olmaq istəyirsinizsə, təqdim edəcəyimiz qidaları yemək proqramınıza əlavə edin. Bu qidalar günlük vitamin, mineral, protein ehtiyacınızı ödəyəcək, eyni zamanda kalorili qidalar yeməyinizə mane olacaq.

Qadınklubu.com həmin qidaları təqdim edir:

Acı bibər

Acı bibəri birbaşa yeməyiniz iştahanıza birbaşa təsir etməsə də, yeməklərinizin içinə qatdığınız zaman bol su içmənizə səbəb olacaq, bu isə yeməkdən daha az kalori ilə ayrılmanıza şərait yaradacaq.

Ananas

Ananas protein həzmini sürətləndirdiyi üçün doydurucu xüsusiyyətə malikdir. Ananas eyni zamanda sellülit yaranmasının qarşısını alır.

Brokoli

Lif baxımından zəngin olan brokoli gün ərzində sizi tox saxlayacaq. Qaynamış brokoliyə yoqurt qataraq dieta proqramınıza əlavə edə bilərsiniz.

Cəfəri

Köp qovucu xüsusiyyəti nəticəsində cəfəri bədənə su toplamasının qarşısını alır. İştah azaltmağa kömək olan cəfəri eyni zamanda metabolizmin də sürətli işləməsinə kömək edir.

Yaşıl çay

Axşam yeməyinə qədər insan çox acır. Bu zamanı yaşıl çayla keçirə bilərsiniz. İştahkəsici xüsusiyyətə malik olan yaşıl çay aclıq hissi yaradan hormonların qarşısını alır.

Buna da baxın

3 gündə 5 kq arıqladan-Naringi dieti

Whatsapp ilə Paylaş Tərkibindəki C vitamini ilə sağlamlığımız üçün olduqca əhəmiyyətli olan naringi  diet proqramı …