Əsas səhifə / Manşet / Bu qidalar yaşlandırır
Bizi mobildən daha sürətli  izləyin

Bu qidalar yaşlandırır

j

Yaşlanmada genləriniz qədər qidalanma tipiniz də əhəmiyyətli rol oynayır.

Gündəlik istehlak edilən qidaların içində olan maddələr yaşlanmağı sürətləndirir. Ona görə də bəzilərindən tamamilə imtina etmək, bəzilərinin isə istifadəsini azaltmaq lazımdır. Qadınklubu.com həmin qidaların siyahısını təqdim edir.

Şəkər

Şəkər, dərini yaşlandıran qidaların əvvəlində gəlir. Dərinin yorğun görünməsinə və qırışların meydana gəlməsinə səbəb olur. Dəridəki elastin və kollegenlərə zərər verməsi səbəbi ilə şəkər, dərinin elastikliyi və canlılığını pozar.

Dəridəki kollagen zərər görməyə başlayanda, təkrar yenilənməzlər və sürətlə yaşlanmağa səbəb olur. Keks, şokolad, şirniyyat, hətta bəzi makaron növlərinə belə şəkər daxildir. Bu səbəblə qidalarınızın tərkibindəki şəkərin miqdarına fikir verin.

Duz

Duz, dəriyə çox böyük ölçüdə zərər verməz, amma pis görünməsinə səbəb olur. Göz altındakı bənövşəyi halqalar, torbalar və üzdəki şişkinliyə duz səbəb olur. Cips, dondurulmuş kartof və makaron sousları kimi tərkibində yüksək miqdarda duz olan qidaları yediyinizdə, bədəniniz su tutar və əzələlərinizə bu pis təsir edir.

Qidalanma mütəxəssisləri, duzu həyatımızdan tamamilə çıxarmaqdansa,əvəzində kafi miqdarda kalium istifadə edrək bədəndə tarazlığı qorumağı təklif edir. Kalium, duzun səbəb olduğu mənfi təsirlərin qarşısını alır. Banan, qatıq, kartof və qurudulmuş meyvələrdə yüksək nisbətdə kalium var və aşağı qan təzyiqi kimi duzun mənfi təsir etdiyi xəstəliklərin qarşısını alır.

Süni dadlandırıcılar

Son edilən bir araşdırmaya görə süni dadlandırıcılar, bağırsaq florasını dəyişdirərək həzmə mənfi təsir edər. Bu təsir, bədəndə ümumiyyətlə insulin müqaviməti və gizli şəkər olaraq öz əksini tapmışdır.

Süni dadlandırıcıların tərkibinə aspartam, sakarın və sukraloz daxildir. Bu dadlandırıcılar, puding, şirniyyatlar, saqqızlar, meyvə suları, dondurma və meyvəli yoğurtlar kimi bir çox yeməyin içində tapılar. Bu səbəblə bu qidaları istifadə edərkən çox diqqətli olmaq lazımdır.

Doymuş yağ

Yağlı ətlər, süd məhsulları və hindistan qozu yağı kimi tərkibində doymuş yağ olan qidalarla qidalanmaq damarların sərtləşməsinə və yaşlanmağa səbəb olur. Doymuş yağ tərkibli qidalar ürək sağlamlığına mənfi təsir etmir. Edilən araşdırmalarda doymuş yağın, irəliləyən yaşlarda ortaya çıxan dəri ləkələrinə səbəb olduğu da məlum olmuşdur.

Turşulu içkilər

Tərkibində şəkər və süni dadlandırıcılar olan turşulu içkilər, dəri üçün böyük risk daşıyır. Kolanın içində olan fosfor turşusu də dərinin sürətli yaşlanmasına səbəb olur. Fosfor turşusu eyni zamanda sümüklərə də zərər verir.

Közdə bişirilmiş ət

Közdə bişirilmiş ət, bir çox adamın imtina edə bilmədiyi bir ləzzət olsa da əslində sağlamlıq baxımından böyük bir təhlükə yaradır. Yüksək istilikdə bişirilən ətlər və digər yeməklər, kansoregen maddə istehsal edir.

Buna da baxın

Ramazanda ağız qoxusundan necə qorunaq?

Whatsapp ilə PaylaşRamazanda ağız qoxusundan necə qorunaq? Tənəffüs yolu infeksiyaları, diş və diş əti narahatlıqları, …