Əsas səhifə / Əsas menu / Sağlamlıq / Bu resept beyninizi daha güclü edəcək
Bizi mobildən daha sürətli  izləyin

Bu resept beyninizi daha güclü edəcək

Bu resept beyninizi daha güclü edəcək

1432563161_1-1

“Beyni necə inkişaf etdirmək və bəsləmək olar?” sualına mütəxəssislər cavab verib.

Mütəxəssislərin araşdırmalarına görə, 11 maddəlik bu ressept yaddaş və zehnin zəifləməsinin qarşısını alır, beyn gücünü artırır:

Ağıllı dərmanlar: “Modafinil” kimi dərmanlar beyni 90 saat ərzində oyaq saxlayaraq, beynin bir bölgəsindən digərinə məlumat axışını təmin edən kimyəvi maddələrin miqdarının artmasına səbəb olur. (Amma yenə də həkim məsləhəti almaq daha təhlükəsizdir)

Qidalar: Proteinlə zəngin qidalar çox əhəmiyyətlidir. Nizamlı səhər yeməyinin olması da zehnin performansını artırır. Qazlı içkilər isə tamamilə əks nəticəyə yol açır.

Musiqi: Xüsusilə Modsart dinləməyin riyazi zehni artırdığı və musiqi dərslərinin, uşaqların İQ səviyyəsini yüksəltdiyi sübut olunub. Pop musiqisinin isə belə təsiri yoxdur.

Bionik beyn: Elektrotlarla beynə az miqdarda elektrik enerjisi verməyin beynin gücünü artırdığı sübut olunub.

Zehnin məşq etdirilməsi: Çətin riyazi suallar zehni kəskinləşdirir. 5 həftə zehni məşqlər edən uşaqların IQ səviyyəsi 8 bal çoxalır.

Yaddaş oyunlar: Yaddaşı möhkəmləndirən və inkişaf etdirən oyunlar oynamaq məsləhətdir.

Yuxu: 21 saat yatmama beyində sərxoşluq təsiri yaradır. 2 saat bir işlə məşğul olduqdan sonra rahat gecə yuxusu öyrəndiklərinizin yaddaşınıza həkk olunmasına kömək edir.

Gəzinti: Həftədə 3 dəfə yarım saat gəzintiyə çıxmaq öyrənmə, konsantrasiya və məntiq gücünü 15 dəfə artırır.

Hobbilər: Hörgü hörmək, tapmaca tapmaq yaşlıların, “Alzheimer” kimi xəstəliklərə tutulma risqinin daha aşağı olduğunu göstərib.

Diqqətini toplamaq: Bu da beyin üçün önmli məşqlərdən biridir. Bir işlə məşğul olduğunuz zaman, qısamüddətli diqqət dağınıqlığından sonra yenidən diqqətinizi toplamaq 15 dəqiqə çəkir.


Buna da baxın

Ən çox görülən yuxular və anlamları

Whatsapp ilə Paylaş Hündürlükdən yıxılmaq – Yuxuda hündür bir yerdən yıxılmaq şüuraltından gələn bir qırmızı …