Əsas səhifə / Əsas menu / Pəhriz / Bu suyu hər gün için – “Düz qarın” PƏHRİZİ
Bizi mobildən daha sürətli  izləyin

Bu suyu hər gün için – “Düz qarın” PƏHRİZİ

ariq

Bu suyu hər gün için – “Düz qarın” PƏHRİZİ

“Flat Belly”, “Belly Diet” kimi fərqli adlarla tanınan “Düz qarın” pəhriz proqramı Amerika və İngiltərə daxil olmaqla bir çox ölkələrdə də böyük marağa səbəb olub. “Düz qarın” pəhrizində başlıca məqsəd qarnı düzləşdirmək və incəltməkdir.

Qayda 1

Pəhriz boyunca çox duzlu yeməklərdən qaçın. Duz və soda tərkibli yeməklər nə qədər çox yeyilərsə, bədəni bir o qədər çox su tutar.

Qayda 2

Karbohidrat səviyyəsi minimuma endirilməlidir.

Qayda 3

Pəhriz zamanı şəkər, yüksək karbohidrat, yağda qızardılmış yeməklər yeməyin. Zeytun, fındıq, avokado, yağlı toxumlarla qidalanın.

Qayda 4

Paxlalılar, kələm, soğan, gül kələmi, kəvər kimi qaz yaradan qidaları az yeyin. Həftədə iki dəfədən çox yemək olmaz.

Qayda 5

Saqqız çeynəmək qarnı şişirtdiyindən çeynəmək olmaz.

Qayda 6

Pəhriz boyunca tərəvəzləri mütləq qaynadıb yeyin. Qurudulmuş, ya dadlandırılmış çiy qidalar yerinə qaynadılmış yeməklərə üstünlük verin.

Qayda 7

İstədiyiniz ədviyyatı yeyə bilərsiz. Turşulu içkilər, qara çay və qəhvəni də bir kənara qoyun.

Arıqladan su resepti

Pəhriz üçün xüsusi nəzərdə tutulmuş bu suyu müntəzəm olaraq içmək lazımdır. Bu su bədənin turşu balansını tənzimləyir və maddələr mübadiləsini sürətləndirərək həzm sisteminin də düzgün çalışmasına yardım edir.

7-8 stəkan su, əvvəlcədən dəmlənib hazırlanmış 1 fincan yaşıl çay, 1 ortaboy yuyulmuş, incə dilimlənmiş xiyar, 1 çay qaşığı rəndələnmiş təzə zəncəfil, 1 ədəd yuyulmuş incə dilimlənmiş qabıqlı limon, 1 ədəd qabıqlı dilimlənmiş alma, 5-6 ədəd nanə sapı, 1 çimdik quru nanə, 1-2 qabıq darçın.

Bunları qarışdırıb soyuducuda saxladıqdan sonra bir gün içində hamısını fasilələrlə için.

Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …