Əsas səhifə / Manşet / Bu üsulla kürəkdəki artıq yağlardan xilas olacaqsınız
Bizi mobildən daha sürətli  izləyin

Bu üsulla kürəkdəki artıq yağlardan xilas olacaqsınız

kürəkdəki artıq yağlardan xilas edən hərəkətlər.jkpg.jkpg.;jpgBir çox adam bədəndəki müəyyən  yerdəki artıq yağlardan xilas olmağı arzulayır. Buna nail olmaq üçün qarın, baldır, sinə və kürək kimi bölgələri xüsusilə işlədəcək müəyyən məşqlər vardır.

Problemli nahiyyəni məşqlə xüsusilə işlədərək yağların əridilməsini sürətləndirmək vacib şərtlərdəndir. Qadinklubu.com sizlərə sadəcə kürək nahiyyədəki artıq yağların əridilməsini sürətləndirəcək bir sıra idman hərəkətlərini təqdim edir.

Kürək əzələlərinizi gücləndirmək və artıq  yağları əritmək  üçün məşqlər

Məşq 1kürəkdəki artıq yağlardan xilas edən hərəkətlər
Üz üstü uzanın və qollarınızı arxaya doğru  uzadın (və ya şəkildəki kimi yanınıza uzadın). Ayaqlarınızı yerdən qaldırmadan özünüzü yuxarı qaldırın və başlanğıc pozisyonunuza geri qayıdın. 2 dəfə 10 hərəkət təkrar edin.

Məşq 2kürəkdəki artıq yağlardan xilas edən hərəkətlər.jkpg
Oxşar mövqedə qalmağa davam edin və əllərinizi boynunuza qoyun. Bədininizi  yerdən qaldırın və sonra başlanğıc mövqeyə  geri qayıdın. 2 dəfə 15 hərəkət təkrar edin.

Məşq 3

Bir əvvəlki məşqin eynisini edin. Ancaq bu dəfə  kürəyinizi yuxarı doğru qaldırmaq yerinə, sanki solunuzda və sağınızda nə varmış  kimi baxmağa çalışırmış kimi bir sol tərəfinizə, bir sağ tərəfinizə doğru əyilin. Bütün məşqlər boyunca bədəninizin geri qalan qisimini sabit saxlamağa çalışın.

Üzməyə gedin

Kürək əzələlərinizi  üzərək işlədin. Eyni zamanda üzmək çox sakitləşdirici bir fəaliyyətdir. Üzmək həm məşq etmək, həm kürəyinizi gücləndirmək, həm də artıq  yağları yandırmaq üçün çox təsirli bir məşqdir.

Daha yaxşı nəticələr üçün təkliflər

  1. İstənməyən yağlardan xilas olmaq çox ciddi bir intizam və iş tələb edən, çətin bir hədəfdir. Bel bölgəsindəki yağlardan xilas olmaq isə, bu bölgəyə diqqət daha çətin olduğu üçün bir az daha çox intizam və sabitlik tələb edir. Yuxarıdakı məşqləri nizamlı olaraq etməyə başlasanız, qısa müddətdə nəticələri görə bilərsiniz.
  2. İstənməyən yağlardan xilas olmaq üçün, çox yağ, qızardılmış yeməklər, şəkər və digər zərərli qidalrdan istifadə etməyin. Sağlam qidalanma rasionunuzun  olması lazım olduğunu unutmayın.  Meyvə, tərəvəz, yaşıl çay, su, yüksək lifli qidalar və zülal kimi sağlam qidalar  sizin üçün daha fayadalı olacaq.
  3. Məşqə əlavə olaraq masaj etdirmək da bel  yağlarından xilas olmağınıza kömək olacaq.
  4. Son olaraq, bədəninizin bu bölgəsini güclü tutmaq üçün yaxşı bir duruşun əhəmiyyətini unutmamalısınız. Mümkün qədər dik dayanıb kürəyinizin əyilməməsinədiqqət göstərməlisiniz.

Buna da baxın

Qarın əzələsi üçün hərəkətlər

Whatsapp ilə PaylaşQarın nahiyəsi insan bədənində ən çətin formaya düşən sərt əzələlərdən ibarətdir, buna görə …