Əsas səhifə / Manşet / Bu üsullarla xeyli pula qənaət edəcəksiniz!
Bizi mobildən daha sürətli  izləyin

Bu üsullarla xeyli pula qənaət edəcəksiniz!

Tez – tez sevimli cinslərimizi sadəcə dar olduğu üçün, sevimli ayaqqabılarımızı pis qoxu gəldiyi üçün, sevimli köynəklərimizi ləkə düşdüyü üçün atmaq məcburiyyətində qalırıq. Lakin bəzi üsullar vasitəsilə köhnə paltarları bərpa edib təzə kimi işlətmək olar.

Qadinklubu.com olaraq bu üsulların bəzilərini sizə təqdim edirik:

Şəkil çəkmək üçün mum tərkibli karandaşdan istifadə edərək gödəkçənizin ilişmiş ilgəyini aça bilərsiz.

Limon şirəsi ilə su qarışığı paltarınızdakı tər ləkələrindən azad olmağa kömək edəcək və rəngini solmağa qoymayacaq.

Köhnə paltarlarınızdakı tiftikləri aradan qaldırmaq üçün ülgüc ən yaxşı vasitədir.

Əgər siz bilmədən saqqızın üstündə oturmusunuzsa kədərlənməyin. Yapışqan maddəni əvvəlcə dondurub (üzərinə içərisində buz olan paketlə) sonra qaşımaqla (məsələn bıçaqla) aradan qaldırmaq asandır.

Uşaq üçün quruducu toz (prisıpka) paltardan yağ ləkəsini əla təmizləyir.

Köynəyinizdəki mürəkkəb ləkəsindən azad olamq üçün sadəcə ləkənin üzərinə əlləri dezinfeksiya etmək üçün vasitə (spirt ola bilər) tökün və 10 dəqiqə gözləyin.

Duru sabun və perekis (hidrogen peroksid) qarışığı vasitəsilə ot ləkəsini asanlıqla aradan qaldırmaq olar. Bunun üçün 1 x.q. (xörək qaşığı) duru sabunla 2 x.q. perekisi qarışırın. Qarışığı ot ləkəsinin üzərinə çəkin və 10 dəqiqə gözləyin sonra yaxalayın.

Çay paketləri ayaqqabılarınızı pis qoxudan azad edəcək. Sadəcə bir müddət paketləri ayaqqabıların içində saxlamaq lazımdır.

Üz qırxmaq üçün köpük makiyaj ləkələrini paltardan aparır.

Buna da baxın

Qan ləkəsini təmizləməyin praktik üsulu

Whatsapp ilə PaylaşQan ləkəsi əvvəlcə töküldüyü yerin materialına görə dəyişən şəkildə təmizlənir. Əgər keramik səthə tökülmüşsə, yüngül …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir