Əsas səhifə / Manşet / Bu vərdişlər böyrəklərinizə zərərlidir
Bizi mobildən daha sürətli  izləyin

Bu vərdişlər böyrəklərinizə zərərlidir

bu v'ərdişlər böyrəklərinizə zərər veriff.jpgff

Böyrəklər tullantı və həddindən artıq mayeləri sidik yolu ilə atılmasını təmin edən həyati orqanlardır. Bu, böyrəyin ümumi sağlamlığınız üçün çox əhəmiyyətli olduğunu açıqlamaq üçün kifayətdir.

Ancaq buna baxmayaraq bir çox insan böyrəklərinin funksiyasına mənfi təsir edən pis vərdişlərini davam edir. Böyrəkləriniz nisbi olaraq 20% səviyyəsində fəaliyyət göstərsə belə normal bir həyat yaşaya bilərsiniz. Tamamilə sağlam olduğunuzu düşünə bilərsiniz amma bəlkə də siz  hiss etmədən böyrəkləriniz yavaş-yavaş məhv olur. Bir çox hallarda, böyrək zərər aldığında bədənə müxtəlif siqnallar verir və yalnız hər şey çox gec olduğunda diaqnoz edilir. Şanslıyıq ki, sağlam bir həyat davam etdirib pis vərdişlərdən uzaq olsaq, böyrəklərimizin sağlamlıq riskini azalda bilərik.

Böyrək sağlamlığı bütün sağlamlığınızla əlaqəlidir. Böyrəklərinizin sağlamlığı üçün imtina etməli olduğunuz vərdişlərin siyahısını Qadınklubu.com sizlərlə paylaşır.

Qazlı içkilər

bu v'ərdişlər böyrəklərinizə zərər verir.jpgff

Yaponiyadakı Osaka Universitetində edilən bir araşdırmada gündə iki və ya daha çox qazlı və şəkərli içkilər istehlak edən insanların böyrək xəstəliyi riskinin daha yüksək olduğu məlum olmuşdur. Araşdırmada yüksək nisbətdə qazlı və şəkərli içkilər istehlak edən 12 min insan iştirak edib. Araşdırmanın nəticəsində onların sidiklərində proteinuria adlı bir növ zülal kəşf edilmişdir. Proteinuria böyrək xəstəliklərinin erkən əlamətidir. Qazlı və şəkərli içkilər böyrək daşı inkişafı üçün yüksək risk meydana gətirir. Bu səbəbdən qazlı içki əvəzinə, meyvə suyu və adi su içməyə üstünlük verin.

Duz

böyrəklərə zərərli vərdişlər.jpgd

Böyrəklərin vəzifələrindən biri də qəbul edilən qidalardakı Natriumunu emal etməkdir. Yeməyinizə əlavə olaraq duz əlavə etdiyinizdə böyrəkləriniz iki qat daha artıq fəaliyyət göstərir. Aldığınız hər məhsulun tərkibində lazımı miqdarda duz olduğu üçün, qidalara duz əlavə etməməyə çalışın. Duzun əvəzinə yeməklərinizə kəklikotu, keşniş, sarıkök, bibər və zəncəfil kimi ədviyyatlar istifadə edin.

Qəhvə

böyrəklərə zərərli vərdişlər.jpgbv

Qəhvə doğru nisbətdə istehlak edildiyində ciddi bir sağlamlıq riski daşımaz, amma çox qəhvə içmək böyrəklərə zərər verir. Kafenin qan dövranını artırır və böyrəklərə çox ağırlıq aşılayır. Bunun üçün çox miqdarda çay və kofe içməməyə çalışın.

Ağrıkəsicilər

bu v'ərdişlər böyrəklərinizə zərər verir

Ağrı kəsicilər artıq reseptsiz satıldığı üçün bir çox insan ağrıları üçün ən yaxşı çarə ağrı kəsicilər olduğunu düşünür. Təəssüf ki, ağrı kəsici dərmanların həddindən artıq istifadəsinin yan təsirləri olduğu və böyrəklərə də zərər verdiyi nəzərə alınmır. Bu səbəbdən ağrılara qarşı alternativ üsullardan istifadə edin. Xalq təbabətində bir çox ağrıkəsici üsullar vardır ki, bunlardan bəzilərini Qadinklubu.com saytında da əldə edə bilərsiniz.

Zülalı yüksək qidalar

böyrəklərə zərərli vərdişlər

Zülal orqanizmin sağlamlığı üçün lazımdır amma yüksək miqdarda qəbul edilməməlidir. Qırmızı ət, balıq və hətta yumurta kimi qidalar böyrəklərin normaldan daha çox fəaliyyətinə səbəb ola bilər. Həzmi rahatlaşdırmaq üçün bitki yağlardan istifadə edilməsi məsləhətdir.

Spirtli içkilər

böyrəklərə zərərli vərdişlər

Həddindən artıq spirtli içkilərdən istifadə  etmək böyrəklərin ziyan görməsinə səbəb olar. Spirtin tərkibində böyrəklərə və qaraciyərə zərərli olan kimyəvi maddələr və toksinlər  vardır.

 

 

 

Buna da baxın

Zobun ən ucuz və ən effektili müalicəsi!

Whatsapp ilə Paylaş USM-ın əvvəlki və sonrakı nəticələrini müqayısə edən həkimlərin təəccübdən dili tutuldu! Qadinklubu.com …