Əsas səhifə / Manşet / Bu xəstəlik qadınları sevir!
Bizi mobildən daha sürətli  izləyin

Bu xəstəlik qadınları sevir!

bu xəstəlik qadınları sevir
Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ bilmirəm…. Bu kimi şikayətləri tez-tez dilə gətirirsinizsə,  fibromialgiya xəstəsi ola bilərsiniz. Fibromialgiya nədir? necə müalicə olunur? Bu kimi sualların ətraflı izahı qadinklubu.com-un hazırladığı yazıda tam əksini tapmışdır.

Xüsusilə boyun, baş və ayaq nahiyyəsində müşahidə edilən ağrılarla özünü büruzə verən xəstəlik, adətən stressli həyatı olan qadınlarda daha çox rastlanır. Memorial Antalya xəstəxanasının  Ortoped və travmotoloji həkimi Murat Baloğlu fibromialgiyanın səbələri və müalicəsi haqqında məlumat vermişdir.

Ən çox qadınlarda müşahidə edilir.

Fibromialgiya bədən ağrısı, yuxu pozulması, yorğunluq, baş ağrısı, əl və ayaqlarda uyuşma kimi şikayətlərlə özünü büruzə verir. Bu xəstəliyin yaranma səbəbi dəqiq bilinməsə də, travma, spor yaralanmaları, yuxu pozğunluqu, psixoloji pozuntular kimi problemlərdən qaynaqlandığı təxmin edilir. Kişilərlə müqayisədə daha çox qadınlarda müşahidə edilən xəstəlik, hər yaş qrupunda rast gəlinməsi mümkündür. Fibromialgiya xəstəliyinin yaranmasında əsas rol oynayan faktorları bu ardıcıllıqla sıralamaq mümkündür.

  • Stress
  • Nizamsız həyat şəraiti, yorğunluq.
  • Həddən artıq siqaret və spirt qəbulu
  • Psixoloji problemlər
  • Uzun müddət əyləşmək və ya ayaq üstə dayanmaq
  • Gərgin iş şəraiti

Ağrılara 3 aydan çox davam edərsə, diqqət!

Fibromialgiya diaqnozu təyin edilərkən, xroniki ağrılar və həssas nöqtələr xüsusilə diqqətə  alınır. Ona görə, orqanizmin üst və alt nahiyyəsindəki müşahidə edilən və  3 aydan artıq  davam edən ağrılara biganə qalmaq yalnışdır. Mütləq müayinə olunmaq lazımdır. Çünki, bu xəstəlik müalicə olunmaz və ya səhv diaqnozla müalicə edilərsə, daha pis nəticələrə və ən təhlükəlisi isə xroniki xəstəlik halı ala bilər. Tez müraciət edilərsə, dərmanla müalicəsi mümkündür.

Yuxunuzu və qidalanmağınızı nizama salın

Fibromialgiya xəstələrini dərmanla müalicədən savayı, bəzi günlük həyat tərzlərində də dəyişikliklər etməlidirlər. Stresdən uzaq, qaydasında qidalanma və nizamlı yuxu müalicənin ən  vacib açarıdır. Orqanizm dincəlməzsə, günlük adi problemlərə qarşı da xəstə gözlənilməz reaksiyalar verəcəkdir.

Müalicədə önəmli faktor idman

Fibromialgiya müalicəsində idmanla məşğul olmaq çox faydalıdır. Yorucu iş günündən sonra idman etmək, o qədər xoş səslənməsə də, ən az həftəfə 3 gün idman edilməlidir. Uzun müddətlik stol arxasında oturmaq, əzələlərə və ümumiyyətlə orqanizmə pis təsir göstərir. İdman həmin problemlərin qarşısını almaq üçün ən yaxşı üsuldur.  Tək dərmanla bu xəstəliyin müalicəsindən istənilən effektin alınmayacağını, sadalanan qaydalara da dərmanlarla birlikdə riayət etmək lazım olduğunu unutmamalısınız.

Fibromialgiyadan qorunmaq üçün…

  •  Nizamlı yatın
  • idmanla məşğul olun
  • Sağlam və nizamlı  qidalanın
  • Stressdən uzaq olun.

Buna da baxın

Məktəbdən qorxan uşaqlarla necə davranmalı?

Whatsapp ilə Paylaş Məktəbə yeni başlayan uşaqlarda həyəcan və qorxu halları baş verir. Bəs bunun …