Əsas səhifə / Əsas menu / Şou-biznes / Bülənt Ersoy həbs olunacaq
Bizi mobildən daha sürətli  izləyin

Bülənt Ersoy həbs olunacaq

nBülənt Ersoy həbs olunacaq

Müğənni Bülent Ersoy barədə həbs qərarı çıxarılıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə verdiyi iftar qonaqlığına qatılan Ajda Pekkanın eyni məkanda olan Bülent Ersoya salam verməməsi və Ersoyun əsəbləşərək Pekkana “ifritə” deməsi sənətçilər arasında qalmaqal yaratmışdı.

Ajda Pekkan bu sözlərdən sonra Bülent Ərsoyu prokurorluğa şikayət etmiş, Ersoy hakim qarşısına çıxaraq ifadə vermişdi. Rəcəb Tayyib Ərdoğanın xahişi ilə sənətçilər arasında sülh bağlanmışdı. Lakin sənətçilərin qalmaqalı yenidən gündəmə gəlib. Bülent Ərsoyun prodüseri Fevzi Siverek bildirib ki, Pekkanın şikayətindən sonra Ersoy haqda həbs qərarı çıxıb: “Dünən Beykoz Ədalət Sarayından zəng etdilər. Bülent Ersoy haqda həbs qərarı çıxıb. Ajda Pekkan prezident Ərdoğanın da xahişini görməzlikdən gəlib və sülh yolunu seçməyib. Hakimdən icazə aldıq. Bu gün Beykoz Ədalət Sarayına gedib ifadə verəcəyik. Dərhal da Ajda Pekkanın Bülent Ersoy əleyhinə istifadə etdiyi təhqiramiz ifadələrlə bağlı məhkəməyə müraciət edəcəyik”.


Buna da baxın

Hamiləlik dövründə belə yatsaz, ayaqlarda şiş olmaz…

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar hamiləliyin axır aylarında sağ tərəfdə yatmağın dölün ölü doğulma riskini …