Əsas səhifə / Manşet / Bunu etsəz kor olacaqsınız – Diqqət
Bizi mobildən daha sürətli  izləyin

Bunu etsəz kor olacaqsınız – Diqqət

1

Bir çox hallarda çox diqqətsiz və özümüzə qarşı kobudca rəftarlar edə bilirik.

Üzümüzdəki sızanaqların və ya hər hansısa bir yaranın sağalmasını gözləməkdə səbirsizlik göstərib yersiz müdaxilələr göstəririk bəzən. Amma unuduruq ki, bu adi görünən diqqətsizlik bizim həyatımızı təhlükə altına ala biləcək nəticələrə səbəb ola bilər.

Bu günlərdə ingilis qadının da məhz bu cür diqqətsiz davranışı nəticəsində düşdüyü vəziyyət həkimlərin belə təəcübünə səbəb olub. Belə ki, Daily Mailin verdiyi xəbərə görə, 32 yaşındakı İngilis qadın burnunu sərt şəkildə sildikdən sonra gözü şişib. Orbital emfizema diaqnozu qoyulan qadının gözətrafı toxumalarda təzyiqli hava yaranması nəticəsində xəsarat aldığı məlum olub.

Bu cür xəsarətlərin çox vaxt partlamadan sonra müşahidə olunduğu bildirilir. Həkimlər təcili olaraq qadının gözünü müalicə etməyə başlayıblar. Əks təqdirdə kor olma ehtimalının yüksək olduğunu deyilib.

Gözətrafı nahiyyədə yaranan təzyiq görmə sinirinə ziyan verə bilir. Bu kimi hallarla rastlaşdığınızda dərhal həkimə müraciət edin.