Əsas səhifə / Əsas menu / Gözəllik / Bürclərə görə saç modelləri
Bizi mobildən daha sürətli  izləyin

Bürclərə görə saç modelləri

qoo

Qoç bürcü

Qoç bürcünün inadkar xarakteri, səhər saçına forma verməyi kabusa çevirə bilər. Saçlarınızı sadə sancaqlar, saç rezinləri ilə yığa bilərsiniz. Və ya rəngli saç lentlərindən istifadə edin. Qoç qadınları hisslərini bəlli etməyi sevir, canlı və aktivdirlər. Gündəlik həyatda daha çox qısa və müasir saçlara üstünlük verirlər. Uzun saçlara sahib olan qoç qadınları isə, adətən saçlarını açıq qoymağı sevmir, çox vaxt atquyruğu adlandırdığımız saç modelindən istifadə edirlər. Diqqət çəkməyi sevən bu qadınlara, qızılı saçlar çox gözəl yaraşır.
buga

Buğa bürcü

Daim qərarlı, nə istədiyini bilən buğa qadınının bu cəhəti saç mövzusunda da özünü göstərir. Onun hər zaman istifadə etdiyi şampunu və hər zaman eyni olan sabit saç modeli olur. Dəyişikliyi sevmir.  Saçlarında hər zaman təbii modelləri seçirlər. Açıq qızılı və sarı saç rəngi buğa qadınına yaraşır.

ekiz

Əkizlər bürcü

Əkizlər monotonluqdan uzaq bir bürcdür. Onlar üçün sabit bir saç modeli söyləmək çox çətindir. Adətən, şən, aktiv, rahatlığı sevən xarakterdə olan əkizlər,  xüsusi qulluq tələb etməyən saç modellərinə üstünlük verirlər. Refleli və kölgəli saçlar, əkizlər qadınına gözəl yaraşır. Bu bürcdən olan qadınları, bir gün buruq və həcmli, bir gün isə dümdüz saçlarla görmək mümkündür.

xerc

Xərçəng bürcü

Romantik və qayğıkeş, dəyərlərinə sıx şəkildə bağlı olan xərçəng qadını azadlığına da düşkündür. İki rəngli ombre saçlar sizə olduqca yaraşacaq. Düz və ya dalğalı modellər sizə uyğundur.

aslan

 Şir bürcü

Şir qadını bütün diqqətlərin onun üzərində olmasını istəyər. Göstərişli, qabarıq diqqət çəkici və cəsarət istəyən saç modelləri tam sizə görədir. Özünə güvənən, cazibədar şir qadınının saç rəngi açıq qumral və fındıq qabığı rəngidir. Yeniliklərə açıq olun, dəyişikliklərdən çəkinməyin.

qiz

Qız bürcü

Dəqiq və mükəmməlliyyətçisiniz. Dağınıq saç modelləri sizə görə deyil. Bu vəziyyət saçlarınıza da təsir edir. Hər zaman baxımlı olmalısınız. Oğlaq bürcü qadını, adətən saçlarına tez-tez baxım maskaları edir, saçqıranları mütəmadi olaraq kəsdirir. Məsuliyyət sahibi və həssas oğlaq qadınlarının saç rəngi platin tonlarıdır.

oglaq

Oğlaq bürcü

Zarafatcıl xarakteri və uyumluluğu ilə seçilən oğlaq qadını hər yerdə özünü sevdirməyi bacarır. Adətən saçları pozulmasın deyə, oğlaq qadınları spreylərdən, saç jelelərindən istifadə edirlər. Onlar eyni zamanda, adət-ənəyə bağlı olurlar. Saçlarında dəyişiklik et və ətrafındakıları təəccübləndir!

trezi

Tərəzi bürcü

Rahatlığa düşkün, lüks həyatı sevən tərəzi qadınları, sadə, lakin gözə saç modellərinə üstünlük verir. Qumral saç tonları bu qadınlara yaraşır. Tərəzilərin daxilində, olduqca nizamsız, lakin kənardan çox dəqiq, özündən əmin görünən bir xarakteri var. Saç mövzusunda da qərarsızdırlar. Uzun müddətdir uzatdığı saçı, bir anda kəsdirə bilər tərəzi qadını.

eqreb

Əqrəb bürcü

Küt kəsimli saçlar əqrəb qadınlarının gözəlliyini ortaya çıxarır. Sizin üçün ən uyğun saç rəngi zil qaradır. Saçlarınız istər düz, istər buruq olsun, mütləq baxımlı olmalıdır. Çünki əqrəb qadını diqqət çəkməyi sevir. Ona görə də, zərərli olsa belə, bu qadınlar, saçlarını tez-tez refle edirlər.

oxatan

Oxatan bürcü

Oxatan bürcü üçün saç modelini dəyişdirmək iki dəqiqədə verilən qərara bağlıdır. Bu qadınlar, sprey və jele istifadə etməyi sevməzlər. Buna görə də, adətən yumşaq saç modellərinə üstünlük verirlər.

dolca

Dolça bürcü

Dolça qadını, bütün dünyanın sirrini sanki özündə daşıyırmış kimi görünür. Yaradıcı ruha malik bu qadınlar, hər gün saç ustasına gedə, gündə bir saç modeli ilə ordan çıxa bilərlər. Qeyri-adi zövqləri və inancları var. Yeni stilləri sınamağı sevən dolça qadını, saç modellərində də bunu əks etdirir.

baliq

Balıq bürcü

Balıq qadınları, bürclərin ən duyğusal qadınlarıdır. Həssas xarakteriniz saçlarınıza da təsir edir. Boya və digər kimyəvi vasitələr sizə uyğun deyil. Əgər saçlarınızı rəngləmək istəyirsinizsə, məsləhət görürük ki, təbii boyalardan istifadə edin. Saç rənginiz torpaq rəngi və bu rəngin tonlarıdır.

Qadinklubu.com

Buna da baxın

Buruq və həcmli saçlar üçün əsas qaydalar – Video

Whatsapp ilə Paylaş Həcmli və buruq saç modellərinin qadına xüsusi cazibədarlıq aşıladığı danılmaz faktdır. Cazibədarlıq …