Əsas səhifə / Əsas menu / Xəbər / Bürclər bizə nə vəd verir? – Proqnoz
Bizi mobildən daha sürətli  izləyin

Bürclər bizə nə vəd verir? – Proqnoz

TRƏBürclər bizə nə vəd verir? – Proqnoz

QOÇ

Rastlaşacağınız hadisələr daha çox öz rəftar və gedişlərinizdən asılı olacaq. Belə bir ərəfədə hansısa risk uğursuzdur. Planınızda varsa, bu gün mütləq səfərə çıxın.

BUĞA

Bir qədər gərgin gün yaşamalı olacaqsınız. Amma maraqsız proseslərə müdaxilə etməsəniz, bunun qarşısını az da olsa, ala biləcəksiniz. Əsəblərinizi qoruyun. Axşamsa qonaq gedin.

ƏKİZLƏR

İşgüzar görüşlər keçirmək üçün çox səmərəli vaxtdır. Ona görə də bütün enerji və diqqətinizi məhz bu istiqamətə yönəltməlisiniz. Maliyyə sövdələşmələrinə isə girişməyin.

XƏRÇƏNG

Ulduzların düzümü bu gün ixtiyarın daha çox öz əlinizdə olduğunu göstərir. Odur ki, riskdən və həyatınız üçün önəmli olmayan məsələlərdən uzaq durun. Məsləhətləşmələrdən yayınmayın.

ŞİR

Əgər sağlıq durumunuza diqqət yetirsəniz, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Günün ikinci yarısında aldığınız hər bir iş təklifinə razılıq verin.

QIZ

İlk növbədə sizə əsəb gətirən adamlardan uzaq olmalısınız. Yoxsa bu hal bütün maddi-mənəvi sərvətlərinizi tari-mar edəcək. Hər hansı risk yolverilməzdir. Günortadan sonranı sevgiyə həsr edin.

TƏRƏZİ

Ulduzlar taledən gileylənməyinizə heç bir əsas görmür. Çünki ixtiyarınızda olan bu təqvim sizə olduqca xoş ovqat bəxş edəcək. Məhəbbət amili isə başlıca xilas mənbəyinizə çevriləcək.

ƏQRƏB

Hər mənada əhəmiyyətli gündür. İstər fəaliyyət göstərdiyiniz sahələrdə, istərsə də qarşılıqlı münasibətlər zəminində uğurlarınız gözlənilir. Yalnız pulla bağlı qanqaraçılıq gözlənilir.

OXATAN

Fəaliyyət müstəvisində çox diqqətli olun. Əks təqdirdə yersiz mübahisələr, ifrat yorğunçuluq ovqatınızı korlaya bilər. Əsas enerjinizi ailə-sevgi münasibətlərinə yönəldin.

OĞLAQ

Axşam saat 18-ə qədər ümumi vəziyyət xeyrinizə olacaq. Nüfuzlu adamlarla bütün görüşləriniz müsbət nəticə verəcək. Sonrakı saatlarda isə doğmalarınızla bir yerdə olmağa çalışın.

DOLÇA

Təxminən saat 13-ə qədər xoşagəlməz işlərə cəlb oluna bilərsiniz. Buna baxmayaraq, belə hallarda öz mənafelərinizi qorumalısınız. Nahardan sonra bəxtinizin gətirəcəyi gözlənilir.

BALIQLAR

İş metodunuzda yenidənqurma aparmağa səy göstərin. Bununla siz gələcək perspektivlərinizə işıq saça bilərsiniz. Səmərəsiz iş prinsipindən qaçın. Saat 16-18 arası təzə xəbərlər gözlənilir.


Buna da baxın

2015-ci ilin illik bürclərlə bağlı proqnozu

Whatsapp ilə Paylaş2015-ci ilin illik bürclərlə bağlı proqnozu QOÇ 2015-ci ildə daxili sabitliyinizi qorumaq, qarşıya …