Əsas səhifə / Manşet / Bürclərin qida rasionu necə olmalıdır?
Bizi mobildən daha sürətli  izləyin

Bürclərin qida rasionu necə olmalıdır?

jj

Dadlı yeməkdən heç kim imtina etməz.

Lakin qəbul etdiyimiz yeməklər orqanizmimizə nə dərəcədə faydalıdır və ya necə qidalanmalıyıq?

Ulduzlar bizə nə deyir?

Qoç – istənilən qədər və müxtəlif yeməklər yeyirlər. Halbuki, onlar qida cədvəlinə riayət edib qənaətlə və müəyyən saatlarda düzgün qidalansalar, bu onların sağlamlığına müsbət təsir edər, formalarını qoruyub saxlamış olarlar.

Buğa – meyvə-tərəvəzə üstünlük verirlər. Sağlamlıqlarını qorumaq üçün, ət və spirtli içkilərin istifadəsini məhdudlaşdırmalı, vaxtaşırı balıq və dəniz məhsulları istifadə etməlidirlər.

Əkizlər – öz rasionlarına paxlalı bitkiləri və mineral suyu daxil etmək onlar üçün faydalıdır. Şirnini məhdudlaşdırmalı və öz sağlamlıqları üçün alkoqollu içkilərin qəbulundan imtina etməlidirlər.

Xərçəng – əsl qurmandırlar. İştahalarını azaltmalı və meyvə-tərəvəzə üstünlük verməli, duzlu və hisə verilmiş məhsullardan istifadəni məhdudlaşdırmalıdırlar.

Şir – çox və qarışıq yeyir. Onlar sevimli yeməklərini iki porsiya ilə yeyərək yenidən əlavə yemək tələb edə bilərlər. Öz sağlamlıqlarını qorumaq üçün yağlı ət və şirniyyatı rasionlarından çıxarmalı dəniz məhsullarına və asan mənimsənilən məhsullara üstünlük verməlidirlər.

Qız – öz yeməklərini həmişə izləyir, bişmiş tərəvəz və sıyıqlara üstünlük verirlər. Rasiona bitki mənşəli yeməklər əlavə etsələr də şirin və hisə verilmiş yeməklərdən imtina etsələr daha yaxşıdır.

Tərəzi – tərəvəz və meyvəli salatlara, həmçinin buğda hazırlanmış yeməklərə üstünlük verin. Rasionlarına dəniz məhsulları və dənli bitkilərin komponentlərini də daxil etsələr faydalı olar. Süd məhsullarını arada – bir məhdudlaşdırın. Yaxşı olar ki, onlardan tamamilə imtina edəsiniz.

Əqrəb – faydalı və rəngarəng yemək həvəskarıdırlar. Suda bişmiş tərəvəz və meyvələrə üstünlük verməli və iştahanı azaltmalıdırlar. Yaxşı həzm üçün öz gündəlik rasionlarına süd məhsulları daxil etməlidirlər.

Oxatan – ağır və ədviyyatlı yeməklərə üstünlük verirlər. Belə yeməklərdən istifadəni məhdudlaşdırmaq, səhər ac qarına bir stəkan qazsız su içmək lazımdır.

Oğlaq – sağlam və müxtəlif cinsli qidalara üstünlük verirlər. Demək olar ki, yağsız və kəskin yeməklərdən başqa, qidalarında hər şey istifadə edə bilərlər. Qida qəbulu arasında mineral su içmələri faydalıdır.

Dolça – yeməkdə heç nəyi ayırmır və ona təklif edilən hər şeyi yeyir. Lakin mövsümi meyvələrə diqqət yetirməli, süd məhsullarına üstünlük verməlidirlər.

Balıqlar – bitki mənşəli qidalara üstünlük verməli və öz rasionlarına yaşıl meyvələr daxil etməlidirlər. Dəniz məhsulları da faydalıdır. Bu onların orqanizmini bütün faydalı minerallarla, vitaminlərlə təmin edər.