Əsas səhifə / Əsas menu / Gözəllik / Buruq saçların qabarıqlaşmasının qarşısını alan üsullar
Bizi mobildən daha sürətli  izləyin

Buruq saçların qabarıqlaşmasının qarşısını alan üsullar

saclara_aspirin_destegi-0

Su və nəm itkisi nəticəsində buruq saçlar daha da qabarıqlaşır.

Saçlarınızın nəmli olmasa siz bu problemin qarşısını ala bilməzsiniz. Nəmi olmayan saç telləri qalınlaşar və daha tez qırılar. Bunun üçün mütləq doğru üsulları saçınıza tətbiq edərək, nəmini artırmağınız lazımdır. Saçınızın nəm miqdarı kafi deyilsə, hava çirkliliyi, kimyəvi boyalar da üzərinə əlavə olunduğunda, saçlarınızda tökülmələr, qabarmalar meydana gəlir ki, bunun da nəticəsində saçınız xəstə bir görünüş alır. Belə olan halda, istifadə etdiyiniz kosmetik məhsullar da fayda verməz.

Saçlarınızı yenidən canlandırmaq, nəmləndirmək və parlaqlığını qazanmasını təmin etmək üçün qadınklubu.com-un təklif etdiyi bu təbii üsullardan istifadə edə bilərsiniz…

Zeytun yağı

Saçlarınızın qabarmasının ilk səbəblərindən biri nəm itkisidir. Zeytun yağı bu nəmi saçlarınıza qazandıracaq. Zeytun yağı içində olan omeqa yağ turşuları sayəsində saçınız daha nəmli olacaq.
İlıq zeytun yağını saçlarınızın dibindən ucuna doğru masaj edərək yaxşıca yedirin. Ardından saçlarınızı isti bir dəsmal ilə bağlayın. Təxminən bir saat boyunca bu şəkildə gözləyin ki, zeytun yağı saçınıza yaxşıca nüfuz etsin. Ardından saçınızı şampunla yuya bilərsiniz.

Yumurta sarısı

Yumurta sarısı, buruq və qabarıq saçlara mükəmməl nəm təmin edir. Ayrıca zülal baxımından zəngin olduğu üçün saçınızı qidalandırma xüsusiyyətinə də malikdir.
Yumurtanın sarısını üzərinə bir az su əlavə edərək qarışdırın. Sonra bir fırça ilə yumurtanı bütün saçınıza sürtün. 20 dəqiqə gözlədikdən sonra saçınızı şampunla yuyun. Ayrıca istəsəniz, yumurta sarısına zeytun yağı da əlavə edə bilərsiniz.

Jojoba yağı

Sç dərimizdə və cildimizdəki nəmləndirici yağla, jojoba yağının tərkibi demək olar ki eynidir. Ona görə də bu yağdan istifadə saçlarınız nəmlilik qazandıracaq. Bunun üçün jojoba yağını saç diblərindən ucuna doğru masaj edərək yedirin. Beləcə saçlarınız güclü bir görünüşə qovuşacaq.

Avokado yağı

E vitamini baxımından zəngin olan avokado yağı, buruq və qabarıq saçlar üçün əla seçimdir. Saç maskası və ya saç kremi olaraq da istifadə edə bilərsiniz.

Mayonez

Mayonez qabarıq saçları ram etmək üçün güclü bir nəmləndiricidir. Şampunla saçınızı yuyun və dəsmalla qurulayın. 2 yemək qaşığı mayonezi saçlarınıza sürtün və yaxşıca yedirin. Bir dəsmal ilə saçlarınızı bağlayıb, 30 dəqiqə gözlədin. Saçınızı təkrar şampunlayaraq yuyun.

Sirkə

Sirkə saçın Ph tarazlığını qorumağa köməkçi olur və eyni zamanda saçların elektriklənməsinin qarşısını alır. Saçınızı şampunla yuduqdan sonra, dəsmal ilə qurulayın. Sonra sprey şüşəsinə qoyduğunuz sirkədən sıxın. Bir neçə dəqiqə gözlədikdən sonra saçınızı yuyun.

Qabarıq saçlar üçün digər ev müalicələri

Saçlarınızın qabarmaması üçün nəmli olması şərtdir. Bunun üçün düyü, qarğıdalı ya da buğda tərkibli şampunlar, saçlarınız üçün olduqca faydalıdır. Bunlar saç diblərinizin bağlanmasının qarşısını alır. Saç dibini isə hindistan qozu yağı ilə bəsləyib gücləndirə bilərsiniz.

Gündə ən az 8 stəkan nizamlı olaraq bol su üçün. Su bədəninizi eyni zamanda saçlarınızı da nəmləndirir. Yeməklərinizi zeytun yağı ilə bişirmək, naharda qarğıdalı, qoz-fındıq kimi məhsullardan istifadə edin. Tərkibində sink, B vitaminləri və dəmir olan qidaları istehlak edin.

Saçların qabarmasını qarşısını almaq üçün bunlara diqqət edin

  • Saçlarınızı qurutmaq üçün saç quruducudan istifadə etməyin. Təbii üsulla qurudun.

  • Saçınız üçün saç geli istifadə edirsinizsə, içinə təbii bitki mənşəli qliserin əlavə edin. Bu saçı nəzarətdə saxlanılmasına köməkçi olacaq.

  • Saçınızı şampunlayarkən ilıq su istifadə edin. Əllərinizlə saçınızın dibini şampunlayarkən məsamələr açılacaq və kremin sorulmasını asanlaşdıracaq. Soyuq su məsamələrin bağlanmasına səbəb olur.

  • Saçlarınızın rəngi açmaq və ya rəngini dəyişdirmək üçün boyalardan qətiyyən istifadə etməyin. Çünki bu boyalar ın tərkibində ağır kimyəvi maddələr vardır.

  • Kirdən və günəş şüalarından saçınızı qoruyun.

  • Saçınızı hər gün şampunlamayın. Hər gün şampunlamaq saçın təbii nəmini ortadan qaldırar.

Buna da baxın

Ayaqlarınızda görünən damarlar sizdə kompleks yaradır? – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Varikoz və ya variks nədir? Varikoz, venaların genişlənməsi və şişməsinə deyilir. Ayaqların …