Əsas səhifə / Əsas menu / Gözəllik / Buruq və həcmli saçlar üçün əsas qaydalar – Video
Bizi mobildən daha sürətli  izləyin

Buruq və həcmli saçlar üçün əsas qaydalar – Video

j

Həcmli və buruq saç modellərinin qadına xüsusi cazibədarlıq aşıladığı danılmaz faktdır.

Cazibədarlıq və şarmın birlikdə vəhdətini təşkil edən, buruq saçları adi saç düzləşdiricilər ilə də əldə etmək mümkündür. Bunun üçün sadəcə bir-iki incə tətbiq kifayətdir.

Qadınklubu.com sizlərə saç düzləşdiricidən saçları burmaq üçün istifadə qaydasını təqdim edir.

Saçlarınıza forma verməmişdən əvvəl bir-iki əsas məqama diqqət edin

  1. Saçlara qoruyucu sprey çəkmək vacibdir. Bu sprey saçların daha az zərər görməsi üçün qoruyacaq.

  2. Buruqların uzun müddət açılmaması üçün hər buruqdan sonra sprey vurmaqı unutmayın.

  3. Təbii bir görünüş əldə etmək üçün saçları daxildən xaricə doğru burun.

Dalğalı saçlarla edilə biləcək ən gözəl saç modelidir buruq saçlar. Dalğalı saçlarda saç uclarına doğru edilən saçlar bir az daha qalın və düz olmalıdır. Amma buruqlar təbii ki, yalnız dalğalı saçlar üçün deyil. Uyğun üsullarla düz və ya qısa saçlar üçün də uyğun modeldir. Düz və qısa saçlarda tətbiq edərkən, saçın formasının təhrif olunmamasına diqqət etmək lazımdır. Gün boyu şəklini və dolğunluğunu qoruyan, cəlbedici buruqlar necə edilir?

Bu sualın cavabı qadınklubu.com-un təqdim etdiyi yazının davamında…

• Düzləşdiricidən istifadə edərkən, saçınız quru olmalıdır. Amma həddindən artıq quruluq da saçlarımıza zərər verəcək.

• Ona görə də, düzləşdiricidən əvvəl saçlarınıza bir nəmləndirici istifadə etməlisiz..

• Həmişə edilən səhv: qalıcı şəkil vermək üçün düzləşdirici çox yüksək temperaturda istifadə edilir. Halbuki, bu saçlarınıza böyük zərər verir. Uzun zaman düzləşdiricidə qalan saç uclarında qırıqlara yol açar, saçın şəkil alması çətinləşər.

• Saç dərinizə çox yaxınlaşdırmamaq şərtilə, saçı düzləşdiricidə 30-40 saniyəsaxlamaq kifayətdir.

• Düzləşdirməyə saçın alt qisimindən başlayın beləcə saç dağılmamış olur.

• Bütün buruqlar üçün ayırdığınız saçların eyni həcmdə olmasına diqqət edin ki, nəticədə buruqlar birlikdə vahid görüntü qazana bilsin.

• İşin ən əhəmiyyətli nöqtəsi: Qalın saçlar üçün saçı çox miqdarda alın, incə və düz saçlar üçün isə saçı az miqdarda alıb burun.

• Saçlarınızı tamamladıqdan sonra biraz sprey və ya sabitləyici püskürtməyinizdə fayda var.

Düzləşdirici istifadə etmədən saçları burmaq mümkündürmü?

Düzləşdirici istifadə etmədən də saçları burmaq mümkündür. Ancaq sprey və ya saç kremi kimi məhsullardan yararlanmaq lazımdır. Lakin bu şəkildə edəcəyimiz saçlar, düzləşirici istifadə edilən qədər qalıcı olmayacaq. Amma daha təbii bir görünüş olacaq.

• Bunun üçün tətbiqə başlamadan əvvəl saçlarınızı nəmləndirin. Nəmli saçınızdan az hissə alıb, əlinizlə burun . Sonra bir parça ya da lent parçası bağlayıb yaxşıca sıxın. Bu mərhələdə daha təsirli saçlar üçün saç kremi, sprey, köpük ya da jele istifadə edə bilərsiniz. Saçlarınızın təbii bir şəkildə qurumasından əmin olduqdan sonra saçlarınızı açın və önə atın, barmaqlarınızla həcm verin. Əsla daramayın, çünki bu əməliyyat saçlarınızı pozacaq.

 

Buna da baxın

Bürclərə görə saç modelləri

Whatsapp ilə Paylaş Qoç bürcü Qoç bürcünün inadkar xarakteri, səhər saçına forma verməyi kabusa çevirə …