Əsas səhifə / Manşet / Buxarda xəngəl
Bizi mobildən daha sürətli  izləyin

Buxarda xəngəl

xeng

Ərzaqlar

Xəmir üçün:
1 yumurta
3 su st. un
duz
su

İçi üçün:
300 qr. qiymə
2 ədəd soğan
2 ədəd kartof
duz,istiot

Hazırlanması:
Xəmiri yoğurun. Xəngəlin içini hazırlamaqüçün çox böyük olmayan orta böyüklükdə soğan və kartofları xırda-xırda doğrayıb duzunu, istiotunu töküb hazırlayın. Xəmiri 3 kündəyə bölün. Yuxarıları nazik bir şəkildə açaraq hazırladığınız qiyməli qarışımı içinə yayın. Rulet kimi bükün. 2 uclarını kəsin. Qaynayan su dolu qazanın üstünə aşsüzəni qoyun. Yağlayın. Yağlanmış süzgəcin üstünə qoyun. Rulet kimi bükdüyünüz xəngəlidə kərəyağı ilə yağlayın. Ağzını qapaqla örtərək təxminən 30 dəqiqə bişəcək.
Xəngəlin içindəki kartofun bişdiyini yoxlayın. Bişmişsə rulet xəngəlinizdə bişmiş deməkdir.
Bu xəngəl qurut və ya kərəyağı ilə süfrəyə verilir.
NUŞ OLSUN.

Qeyd: qurut yoxdursa duzlanmış süzmə qatıqda istifadə edə bilərsiniz. Buxarda bişirmək üçün xüsusi qazanlar var.//vsemir.com