Əsas səhifə / Əsas menu / Gözəllik / Buz müalicəsi nədir?
Bizi mobildən daha sürətli  izləyin

Buz müalicəsi nədir?

beautiful-young-woman-applies-the-ice-to-face-near-eyes

Buz müalicəsində, müalicədə istifadə edilən alət aldığı nəmi və oksigeni quruluşundakı soyuqluq nisbətinə görə buz halına gətirir. Yaranan buz parçaları dərinin altında olan kolajeni hərəkətə gətirərək, onları aktiv edir. Dərinin üst təbəqəsində quruluq təmin edərək, alt hissəni müalicə edir. Buz müalicəsi, dərinin hansı bölgəsinə tətbiq ediləcəksə,  cihazda istifadə ediləcək başlıq, o bölgəyə uyğun olaraq seçilir. Bu müalicə ilə dəri hər hansı bir zərər görmədən təzələnir. Buz müalicəsindən hər hansı bir yaş sərhədi və hər hansı bir risk faktoru yoxdur. Bəs ,buz müalicəsi hansı dəri qüsurlarında tətbiq edilir?

• Təraş izləri,

• Yanıq izləri,

• Əməliyyat izləri,

• Bədən çatlaqları,

• Ləkələr,

• Çillər,

• Qırışlar,

• Ət xalları,

• Sızanaq izləri,

• Doğum ləkələri,

• Zigillər,

• Saç qıran xəstəliyi kimi daha bir çox dəri problemlərində müvəffəqiyyətli nəticələr alına bilir.

Buz müalicəsi necə tətbiq edilir?

Buz müalicəsinə başlamadan əvvəl dərinin quruluşuna görə bəzi testlər aparılır. Test nəticələrinə görə tətbiq olunacaq dərəcə seçilir. Çillər, qırışlar və günəş ləkələri ortalama 1- 3 seans arasında tamamlanır. Ancaq dərin cərrahi izləri, yanıqlar, təraş kəsikləri 18 seansa qədər müalicəsi aparılır. Seanslar, dəri problemi əgər bədəndə isə 2 həftədə 1, üz bölgəsində isə həftədə 1 dəfə tətbiq olunur. Bədəndə yaranan çatların ölçüsünə görə seans sayı 3 – 28 arasında dəyişilir.

Əgər yanıq 1. Dərəcəli isə, 1 – 7 seans, 2. Dərəcəli isə, 3 – 18 arasında seanslar dəyişə bilir. Buz müalicəsi əl, üz daxil bütün bədənə rahatlıqla tətbiq edilə bilir.

Buz müalicəsindən sonra

Buz müalicəsindən sonra hər hansı mənfi bir problem yaranmır. Hətda, buz müalicəsi tətbiq edildiyi gün, duş qəbul edilə bilər.

Buz müalicəsi nə vaxt tətbiq edilir?

Buz müalicəsi ilin hər mövsümündə edilə bilər. Ancaq qış aylarında, yaz aylarına nisbətən daha çox buz müalicəsi edilir.

 

Qadinklubu.com

Buna da baxın

Paltarlardan getməyən ləkələr üçün tövsiyyələr

Whatsapp ilə Paylaş Böyük məbləğdə pul verib aldığınız geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, diqqətiniz bu yazıda …