Əsas səhifə / Əsas menu / Pəhriz / Buzlu su arıqladır
Bizi mobildən daha sürətli  izləyin

Buzlu su arıqladır

bzu

Sağlamlığımız üçün su içməliyik, ancaq məqsədimiz arıqlamaqdırsa təkcə su kafi deyil, buzlu su içməliyik!

Bu günə qədər oxuduğunuz ya da tətbiq etdiyiniz pəhriz siyahılarını xatırlayın. Mütəxəssislər nə məsləhət görürdü?

“Gündə ən az 2 litr su için”

Arıqlamaq istəyənlər gün ərzində mütləq buzlu su, buzlu çay və ya buzlu meyvə şirələri istehlak etməlidir. Çünki bədəniniz buzlu içkini isidib, bədən dərəcəsinə uyğunlaşdırmaq üçün əlavə olaraq kilo kalori yandırıb, enerji sərf etmək məcburiyyətində qalacaq.

“Arıqlamaq üçün niyə buzlu çay içməliyik?” sualına dərhal cavab verək. Buzlu su içmək; bədən temperaturunuzun aşağı düşməyinə maneə törədərək, maddələr mübadiləsini sürətləndirməyə məcbur edir. Məsələn, 340 ml bir stəkanla gündə 8 stəkan buzlu su içirsinizsə deməli, əlavə olaraq 200 kalori yandırırsınız.

500 ml. buzlu su içmək ilə nə qədər kalori itirərik?

– Tutaq ki buzlu suyun istiliyi 0 dərəcəyə, bədən istiliyiniz isə 37 dərəcəyə yaxındır.
– 1 qram suyu 1 dərəcə isitmək üçün xərclənən enerji miqdarı 1 kaloridir (kilo kalori deyil, 1 kilokalori 1000 kaloridir),
– 500 ml. suyun 473,18 qram olduğunu da bilirik.

Yəni, 500 ml buzlu suyu 37 dərəcəyə uyğunlaşdırmaq üçün bədəniniz 17,5 kilo kalori yandırmaq məcburiyyətində qalacaq. Dietdə olarkən gün ərzində atmalı olduğunz kalorinin 2000 olduğunu nəzərə alsaq, 17.5 kalori az görünə bilər. Nəzərə alınki, əgər gündə 8 ədəd 125 ml stəkanda buzlu su içsəniz, bədəniniz yalnız buzlu suyu isitmək üçün gün ərzində 70 kilo kalori yandıracaq. Bu isə heç bir enerji sərf etmədən sizə arıqlamağa köməkdir.

Əgər su içməyi sevmirsinizsə, buzlu suyunuza limon da əlavə edə bilərsiniz. Eyni zaman da su içmək; qaraciyər və böyrəklərin təmizlənməsinə, toksinlərin atılmasına köməkçi olan ən əhəmiyyətli içkidir.

Buna da baxın

Qarındakı artıq yağları əritmək üçün idman hərəkətləri

Whatsapp ilə PaylaşArıqlamaq, artıq çəkilərdən xilas olamq üçün bir sıra diyetlər sınamış ola bilərsiniz. Amma …