Əsas səhifə / Əsas menu / Gözəllik / Çəkici və dolğun dodaqlar üçün – Maskalar
Bizi mobildən daha sürətli  izləyin

Çəkici və dolğun dodaqlar üçün – Maskalar

h

Gözəl dodaqlar üçün maska:

1-2 xiyar
1 yemək qaşığı bal
1 yemək qaşığı qatıq

Hazırlanması və istifadəsi:

Xiyarı yuyun və qabığını soyun.
Blendıra qoyaraq suyunu çıxarın. Bal və qatığı əlavə edərək yaxşıca qarışdırın.
Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.
15 dəqiqə sonra yuyaraq təmizləyin. Bu maska dodaqlarınızı nəmləndirəcək, hamar və sağlam olmasını təmin edəcək.

Dodaq maskası üçün:

1 yumurta sarısı
5 qr yulaf

Hazırlanması və istifadəsi:

Yumurta sarısını bir kasaa qoyun və yulafla qarışdıraraq məcun konsistensiyasına gətirin.
Qarışığı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün.
10 dəqiqə sonra suyla durulayarak təmizləyin. Bu maska dodaqlarınızdakı ölü dərini çıxaracaq, quruluğu aradan götürəcək, qırışıqları yox edəcək, yumşaq və hamar olmasını təmin edəcək.

Möcüzəvi dodaq maskası:

1 ədəd adəd pomidor
1 yemək qaşığı bal
1 yemək qaşığı qatıq

Hazırlanması və istifadəsi:

Pomidoru blendıra qoyaraq suyunu çıxarın. Üzərinə bal və qatığı əlavə edərək qarışdırın.

Əldə etdiyiniz maskanı dodaqlara və dodaq kənarlarındakı dəriyə sürtün. 15 dəqiqə sonra durulayarak yuyun.

Bu maska dodaqları nəmləndirib, quruluğu aradan qaldırar, qırışıqları yox edər, dodaqların elastikiyetini, yumşaq və hamar olmasını təmin edər.

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …