Əsas səhifə / Manşet / Cəmi 1 həftədə arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Cəmi 1 həftədə arıqlayın

ariqqqq
Tez arıqlamaq üçün üsullar axtarırsız? Bir-iki həfətəyə hansısa tədbirdə iştirak edəcəksiniz və ən sevdiyiniz geyimi artıq çəkilərinizin törətdiyi qüsurlara görə geyinə bilmirsiniz? İki həftədən sonra vacib görüşünüz var? Narahat olmayın.

Qadınklubu.com sizlərə bir həftə ərzində necə arıqlaya biləcəyinizin sirrini açacaq. Əvvəlcə bunu bilmək sizin üçün önəmlidir, arıqlamaq üçün heç vaxt preparatlardan və ya mənşəyi bəlli olmayan amma hər yerdə reklam edilən vasitələrdən istifadə etməyin. Sizə lazım olan sağlam və rejimlə  qidalanmadır.

Birinci qayda: bu bir həftə ərzində hər gün normaya uyğun qidalanın. Yemək yemədiyiniz bir gün olmasın. Gün ərzində bir dəfə nahar etmək sizi arıqlatmaz. Ən ideal qialanma müəyyən intervallarla az miqdarda üç saatdan bir qidalanmaqdır.

İkinci qayda: Siz bu həftəni aclıq hissi ilə yaşamamalısınız. Bu pəhrizi General Motors şirkəti hazırlamışdır. Şirkət bu pəhrizi dərmansız, çətin pəhriz şərtlərinə aylarla riayət etmədən arıqlamaq istəyən işçi heyəti üçün tərtib etmişdir. Şirkətin məqsədi ofisdə və ya digər sahələrdə işləyərək öz sağlamlığına vaxt ayıra bilməyən, eyni zamanda artıq çəkidən əziyyət çəkən işçilərinə dəstək
olmaq məqsədilə hazırlamışdır. Əgər siz də GM dietinin faydalarından yaralanmaq istəyirsinizsə, onda tam ciddiliklə təklif edilən qaydalara riayət edin. Dəqiqliklə təlimatlara əməl etməklə lazım olan ərzaqları tələb olunan miqdarda qəbul edin.

Birinci gün.

Bu pəhrizdə ilk və ən əhəmiyyətli gündür. Bu günü tamamilə meyvə ilə qidalanmağa həsr edin. Sevdiyiniz hansı meyvə varsa, onları istədiyiniz qədər yeyin. Bu meyvələr arasında bananın  çoxluq təşkil etməsinə fikir verin. Eyni zamanda nəzərinizə çatdıraq ki, qarpız və qovun ən tez arıqladan meyvələrdəndir. Başqa qidalara pendir, mürəbbə və tərəvəzlərə toxunmayın. Bu gün ərzində 8-12 stəkan su için. Əgər siz aclıq hiss etsəniz, onda daha çox meyvə yeyin. Çünki, bu pəhriz zamanı ac qalmamağınız ən önəmli meyarlardandır.

İkinci gün.

Bu günü tərəvəzlərə həsr edin. Hansı tərəvəzləri sevirsinizsə onu da seçə bilərsiniz. Ağız dadınıza uyğun olaraq istər çiy, istərsə də qaynadılmış formada yeyə bilərsiniz. Əgər qaynadılmış yeməyi seçim etsəniz, onda diqqət edin nə duz, nə də yağ əlavə etməyin. Gün ərzində ən az bir dəfə qaynadılmış kartof yeyin. Bu təhlükəli deyil. Eyni zamanda kök, brokolli, balqabaq, xiyar, kələm, badımcan kimi tərəvəzləri də menunuza əlavə edin. Əgər siz hər şeyi qaydasında etsəniz, orqanizminiz artıq qidalardan təmizlənəcək. Bu da sizin həzm sisteminiz üçün olduqca faydalı olacaq. Ən əsası bu vegan gününüzdə 8-12 stəkan su içməyi unutmayın.

Üçüncü gün.

Bu gün meyvə-tərəvəz günüdür. Menunuza sadəcə kartof və banandan başqa istədiyiniz meyvə-tərəvəzi əlavə edə bilərsiniz. Əsas olan bunları bir-birinə qarışdırmayın. Səhər yeməyinizə meyvə assortisi, nahara tərəvəz salatı, şam yeməyinə isə müxtəlif meyvələrlə qidalan bilərsiniz. Birinci və ikinci günki kimi çox su içməyə səy göstərin.

Dördüncü gün.

Bu gün sizin bananlı-südlü pəhrizinizdir. Nizamlanması sizdən asılı olaraq əsas olan gün ərzində 8-10 banan və 3 stəkan süd içməyinizdir. Başqa heç nə yemək olmaz. Bəlkə düşünürsünüz ki, bu ən ac qalacağınız gün olacaq, amma yanılırsız. Gün sonuna qədər aclıq hiss etməyəcəksiniz. Əsas olan minumum 4 dəfə qidalanmalısınız. Südü isə 3 dəfə səhər, günorta və axşam içməlisiniz. Əmin olun ki gün ərzində aclıq hiss etməyəcəksiniz.

Beşinci gün.

Əgər siz pomidor sevirsinizsə beşinci gün sizin bayramınız olacaq. Naharda bir kiçik boşqabda düyü yeyin(qaynadılmış), səhər və axşam isə 6-7 böyük pomidor ilə qidalanın. Bu gün ərzində orqanizminiz çoxlu sidik turşusu ifraz edəcək. Ona görə də 12-15 stəkan su içməyiniz məsləhətdir.

Altıncı gün.

Nahara qədər düyü yeyə bilərsiniz. Amma nahardan sonra tərəvəz pəhrizi ilə davam edin. Meyvə-tərəvəz pəhrizini təkrarlayın.  Pəhrizin ilk günlərinə nisbətən indi bu qidalar sizə çətinlik yaratmayacaq, özünüzü daha yaxşı hiss edəcəksiniz.

Yeddinci gün.

Bu sizin pəhrizinizin sonuncu günüdür. Siz böyük bir qab düyü və bütün tərəvəzlərdən yeməyə layiqsiniz. Təbii ki, hansıları ki sevirsiniz. Amma bu gün qətiyyən meyvə yemək olmaz. Təzə sıxılmış meyvə sularından istifadə edə bilərsiniz.

Əgər siz bu pəhrizə riayət etsəniz heç şübhəsiz bir həftə ərzində çəkinizin azaldığını görəcəksiniz. Amma sonra yenidən bütün kilolarınızı geri almamaqa diqqət edin. Çünki, bu pəhriz sizin həzm sisteminizi təmizləyib və artıq siz istədiyiniz kimi qidalana bilərsiniz, təbii ki artıq çəki almamaq şərtilə. Ayda bir həftədən artıq bu dieti təkrarlamaq düzgün deyil. Sağlamlığınıza ziyan verə bilər.

Buna da baxın

Diyetdə effekti 2 qat artıran çay

Whatsapp ilə Paylaş Arıqlamaq üçün  diyet saxlamaq və məşq etmək məcburiyyətində qalarıq. Ancaq hər zaman bu …