Əsas səhifə / Əsas menu / Gözəllik / Cəmi 10 hərəkətlə sellülitdən qurtulun
Bizi mobildən daha sürətli  izləyin

Cəmi 10 hərəkətlə sellülitdən qurtulun

sel

Cəmi 10 hərəkətlə sellülitdən qurtulun

1. Arxası üstə uzanıb ayaqlarınızı tək-tək düz olaraq qaldırıb endirin.

2. Üzü üstü yataraq omba əzələlərini sıxıb saxlayın və gəvşəyin.

3. Ayaqlarınızı çiyin genişliyində açın, ombanız dizlərinizin cərgəsinə gələnə qədər çöküb qalxın.

4. Yan yataraq alt ayağı büküb, üst ayağı 45 dərəcə vəziyyətində açıb 5 saniyə belə gözləyin.

5. Kürək üstü vəziyyətində uzanıb ayaq dabanlarınızı yerə basın və ombanızı qaldırıb endirin.

6. İməkləmə vəziyyətində durub bir ayağınızı bükərək yuxarı qaldırıb endirin.

7. İməkləmə vəziyyətində bir ayağınızı bükmədən arxaya doğru uzadın, aşağı-yuxarı qaldırıb endirin.

8. Ayaq üstə dizinizi bükərək sinənizə doğru qaldırıb endirin. Həm sağ, həm də sol diziniz üçün eyni hərəkəti təkrarlayın.

9. Dik vəziyyətdə oturaraq dizlərinizi 90 dərəcə açıqlıqla ayaqlarınızı yerə basmış şəkildə yerləşdirin. Belə halda ayaqlarınızın arasına yastıq qoyub sıxın və 5 saniyə saxlayıb sonra gəvşəyin.

10. Üzü üstə uzanın, ayaqlarınızı yuxarı qaldırıb 30 saniyə boyunca açıb bağlayın.




Buna da baxın

Portağal yağının bilinməyən faydaları

Whatsapp ilə Paylaş Portağalın nə qədər faydalı meyvə olması yəqin ki, hamıya bəllidir. Xüsusilə tərkibindəki …