Əsas səhifə / Əsas menu / Ana və uşaq / Çərəzi uşaqlara nə vaxtdan vermək olar?
Bizi mobildən daha sürətli  izləyin

Çərəzi uşaqlara nə vaxtdan vermək olar?

h

Çərəzlər böyüklərə xeyirli olduğu kimi, uşaqlara da xeyirlidir.

Ancaq uşaqlara çərəz hansı yaşdan verilməlidir?

Ümumiyyətlə çərəzdir deyə, böyüklər və uşaqlar gün ərzində bunu ovuc-ovuc yemələri məsləhət deyil. Böyüklərin hər çərəzdən 5-6 ədəd, balacaların isə 2-3 ədəd yemələri məsləhətdir.

Bəs uşaqlar quru çərəz yeməyə daha erkəndən başlaya bilərmi?

Amerika pediatrları uşaqlarda allergiyanın qarşısını almaq üçün 3 yaşına qədər quru çərəz yeməməyi tövsiyə edir. Uşağın ana, ya atasında allergiya varsa, quru çərəz yeməyə gec başlaması məsləhətdir. Ailəsində astma, qida allergiyası, eqzema kimi xəstəlik olan uşaqların quru çərəzlər yeməyə 1 yaşından sonra başlaması məsləhətdir.

Quru çərəzlərə başlayarkən uşaqda hansısa qida allergiyasının olub-olmadığını əvvəlcədən müəyyənləşdirmək lazımdır. Həmçinin uşağın hər hansı bir quru çərəzə allergiyası varsa, digər quru çərəzləri yeməsi də qadağan edilməlidir.

Uşaqlar quru çərəz yeməyə necə başlamalı?

Uşağa ilk əvvəl tərkibində çərəz olan qidalardan vermək lazımıdr. İlk verə biləcəyiniz quru çərəz qozdur. Həm allergik təsiri azdır, həm də digərlərindən daha çox faydalıdır. Ancaq əzərək bir qidanın içində verin. Ailəsində allergik xəstəlik olmayan uşağa fıstıq əzməsi, badam da verilə bilər.

Quru çərəzləri bütöv halda yedizdirərkən qidanın uşağın nəfəs borusuna düşmə problemi yaşana bilər. Badamı üyüdülmüş halda yulaf sıyığının içində vermək məsləhətdir.

Quru çərəz tərkibli qida verilərkən, əvvəlcə onu uşağın dodağına sürtün və 30 dəqiqə gözləyin. 30 dəqiqə içində uşağın ağız ətrafında qızartı, qaşıntı, qusma olub-olmamasını yoxlayın. 30 dəqiqə içində bu əlamətlər yaşanmırsa, çox az miqdarda (hər qida 1ç.q başlanmalıdır) verilməlidir. Bir gün içində eyni əlamətlər görülmürsə, artıq quru çərəz verməyə davam edilə bilər.

Fərqli quru çərəzlərə ən az 1 həftə arayla başlayın. Beləliklə, hansı quru çərəzdən sonra allergiyanın yaşanıb-yaşanmadığını daha asan anlaya biləcəksiniz.

Körpələrin hansı quru çərəzlər yeməməyi məsləhətdir?

Quru çərəz allergiyası əksərən 1-2 yaşdan sonra ortaya çıxır. Fıstıq allergiyası daha çox 2 yaş həddində görülərkən, fındıq, qoz allergiyası 5 yaşda rast gəlinir. Allergiya riski daha yüksək olan yer fındığı verməyə başlayarkən, daha diqqətli olun. Böyrək daşına meylli olan uşaqlar badam yeməməlidir. Çünki badam böyrək daşına səbəb ola biləcək kalsium və oksalatdan ibarətdir.

Görmə problemi yaşanan uşaqlara fındıq yedizdirilməlidir. Fındıq göz nurunu artırır, ancaq təzyiqi salır. Qozda zülal çox olduğu üçün təzyiq artırır.

Uşağın quru çərəzlərə allergiyası olduğunu necə bilək?

Quru çərəz verildikdən sonra ilk 2 saat içində və 2 saat sonra meydana çıxan allergiya əlamətləri: dodaq ətrafında qızartı, bədəndə qaşıntı, qızartı, dil ya dodaqda, göz ətrafında şişmə, nəfəs darlığı, ağciyərdə xırıltı, qarın ağrısı, qusma və allergik şok. 2 saatdan sonra rastlanan əlamətlər sırasına isə nəcisin bərkiməsi, ishal, qusma, qarın ağrısı, nəcisdə qan, eqzema daxildir. Uşağın quru çərəzə qarşı allergiyası varsa, mütləq həkimə müraciət edilməlidir.

Quru çərəzlərin faydaları

Quru çərəzlər vitamin, mineral, antioksidan, ya protein və lif tərkiblidir. Eyni zamanda protein, yağ, E vitamini, niasin (B3), maqnezium, manqan, xrom kimi minerallarla zəngindir. Uşaqların böyüməsinə, inkişafına və öyrənməsinə fayda verir. /atv.az

Buna da baxın

Dişləri çürümələrdən qoruyan 10 qida

Whatsapp ilə Paylaş Sağlam dişlərə sahib olmaq üçün, təkcə xarici qulluqu təmin etməklə nail olmaq …