Əsas səhifə / Əsas menu / Pəhriz / Çabalayırsınız amma arıqlaya bilmirsiniz? – SƏBƏBLƏRİ
Bizi mobildən daha sürətli  izləyin

Çabalayırsınız amma arıqlaya bilmirsiniz? – SƏBƏBLƏRİ

po

Onlarla insan özünü pəhrizə məcbur edir, bütün gün pəhriz yeməkləri yeyir, amma arıqlaya bilmir. Sonda isə “Niyə hələ də arıqlaya bilmirəm” deyirlər.

Oxuyun, arıqlaya bilməməyinizin səbəbləri bunlar ola bilər.

Tibbi yardıma ehtiyacınız ola bilər! 

Arıqlaya bilməməyiniz əsl səbəbi sağlamlığınızla bağlı bir problem ola bilər. Hormonları və qanınızı yoxlatdırmalısınız.

Özünüzə yalan deyirsiniz!

“Sağlıqlı bəslənir, idman edirəm, amma arıqlaya bilmirəm”. Bunun doğru olmadığını siz daha yaxşı bilirsiniz.

İdman etmirsiniz!

Yalnız pəhriz saxlayıb, hərəkətsiz yaşamınıza davam edərək istədiyiniz bədənə heç vaxt sahib ola bilməzsiniz.

Ətrafınızda çoxlu təhlükə var!

Evdə olduğunu bildiyiniz sağlığınıza ziyan vuran yeməklər bir gün ağlınıza gələ bilər. Ən yaxşısı, o yeməkləri heç almayıb, gözünüzün qabağında olmamasıdır.

Yaxşı bir pəhriz seçməmisiniz!

Tam olaraq ideal bir pəhriz əvəzinə, arada özünüzü də sevindirəcək pəhrizlər motivasiyanızı qorumaq üçün daha əlverişlidir.

Lazım olan qədər yemirsiniz!

Bədəniniz çox az yeməyə başlayanda aclıq moduna keçir və yediyiniz hər şeyi yağ olaraq depolamağa başlayır.

Özünüzə çox yüklənirsiniz!

Bir gecədə istədiyiniz kiloya düşə bilməzsiniz, qarşınıza hədəf qoyaraq, yavaş-yavaş arıqlayın.

İriləşirsiniz!

Tərəzidə gördüyünüz kilonuzdan çox bədəninizdəki yağ və əzələ miqdarları mütənasibdir. Bir kilo belə itirmədən yağ yandıra bilərsiniz.

Normal yuxu yatın!

Arıqlamaq üçün aktiv və hərəkətli olmaqla bərabər, yuxunuzu da normallaşdırmaq lazımdır.

Pəhriziniz əslində pəhriz deyil!

Pəhriz proqramlarında yer alan yeməklər sağlıqlı və uyğun ola bilər, amma bu yeməkləri alarkən kalorolərini də hesablamaq lazımdır. Quru meyvələrdən və meyvələrdən kalori bombası partlayışı edə bilərik. ))

Bunları oxumağınızda fayda var. Amma ən yaxşı pəhriz həkim müşahidəsi altında olmalıdır. Yəni istədiyiniz pəhrizi edə bilməzsiniz. Çünki elə pəhriz növləri var ki, sizin bədəninizə və orqanizminizə uyğun olmaya bilər.

Buna da baxın

Xalların xaric edilməsi təhlükəlidir!

Whatsapp ilə Paylaş Onkoloqlar melanomanı (dəri xərçəngi) “qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez …