Əsas səhifə / Əsas menu / Gözəllik / Çatlamış dodaqlar üçün asan həll yolları
Bizi mobildən daha sürətli  izləyin

Çatlamış dodaqlar üçün asan həll yolları

ddoooo

Quru, çatlamış dodaqlar ən çox soyuq aylarda olur və heç də xoşa gəlməyən bir görüntü yaradır. Bəs, evdə, əlinizin altında olan ləvazimatlarla bu çatlaqlardan qurtula biləcəyinizi bilirdinizmi?

Qadinklubu.com təqdim edir.

Dodaqlar niyə çatlayır?

Quru havalar, susuz qalmaq, dodaqları dişləmək və B2 vitaminin çatışmazlığı dodaqlarda çatlamaya səbəb ola bilir. Bəzi hallarda isə, allergiya, müəyyən infeksiyalar, soyuqdəymə, qrip kimi hallar da dodaqlara zərər verir. Lakin, sadə bir qurumadan söhbət gedirsə, evdə hazırlaya biləcəyiniz asan yollarla dodaqlarınızı əvvəlki hala gətirə bilərsiniz.

Bal maskası

  1. Dodaqlarınıza bir az bal çəkin.
  2. Ardınca heç tərpətmədən üst hissələrinə vazelin vurun.
  3. 15 dədiqə dodaqlarınızı tərpətmədən gözləyin.
  4. İlıq su ilə dodaqlarınızı yuyun və 2-3 gün, gündə 1 dəfə olmaqla təkrarlayın.

 

Kokos yağı

Kokos  yağı qurumuş dodaqlar üçün möhtəşəm həll yoludur. Xüsusilə quru və soyuq günlərdə, bir neçə dəfə çəkilərsə, tez bir zamanda dodaqları yumşaldar.

Xiyar

Eləməli olduğunuz şey, sadəcə bir dilim xiyarı dodaqlarınıza sürtməkdir.

Buna da baxın

Gözəl üz istəyənlər üçün – Foto

Whatsapp ilə PaylaşGözəl üz istəyənlər üçün – Foto Gözəlliyə gedən yol mətbəxdən keçir. Bu deyimin …