Əsas səhifə / Əsas menu / Gözəllik / Çatlaq topuqlardan xilas olun
Bizi mobildən daha sürətli  izləyin

Çatlaq topuqlardan xilas olun

uÇatlaq topuqlardan xilas olun

Çatlaq topuqlardan xilas olmaq və gözəl görünüşlü ayaqlara sahib olmaq üçün nələr edə biləcəyinizi bu yazımızda sizə təqdim edəcəyik.

Vitamin və mineralların (E vitamini, kalsium, dəmir, sink, omeqa 3 yağ turşuları) əskikliyi topuqların çatlamasına gətirib çıxara bilər. Evdə sərt zəminlərdə çılpaq ayaqla gəzmək da topuqların çatlamasına kömək edir. Bir də yay ayaqqabıları (sandal, başmaq) çatlaqlarin çoxalmasına səbəb olur

Çatlaq topuqlardan xilas olmaq və gözəl görünüşlü ayaqlara sahib olmaq üçün nələr edə biləcəyinizə gəlincə:

-Ayağınızı Badam yağı ilə yaxşıca yağlayın. Və üzərinə ölü dəniz duzu sürtün. Daban daşını sərt bölgələrə sürərək yumşaltmağa başlayın. Həftədə 2 dəfə bu əməliyyatı edin. Dəniz duzu yerinə diləsəniz qəhvə, buğda kəpəyi və qarğıdalı unu istifadə edə bilərsiniz

-Topuqdaki qalınlaşmış dəri təbəqəsini yumşaltmaq üçün ayaqlarınızı alma sirkəsi əlavə edib su dolu ləyəndə 15 dəqiqə gözlədin.

Dəniz duzu ayaq dostudur

-1 çay qaşığı vazelini bir qaba qoyun. Üzərinə 1 çay qaşığı hindistan qozu yağı və 1 çay qaşığı qliserin əlavə edin. Əldə etdiyiniz qarışıqla ayaqlarınıza masaj edin. Və yarım saat gözlədikdən sonra su ilə təmizləyin
Həftədə 1 gün etdiyiniz bu tətbiqlə topuqlar çox baxımlı görünəcək və sərtləşmiş qisimlər yumşaqlığını geri qazanacaq.

Topuqlardaki çatlaqlar üçün hər gün, zeytun yağı və ya kokos yağı ilə masaj edin

-2 qaşıq çiyələyi əzin və içinə 1 şorba qaşığı dəniz duzu qarışdırın. Bir az da zeytun yağı damladın. Bu məcunla topuq qisimini ovun və 10-15 dəqiqə gözlədin. Əvvəl soyuq su sonra da ilıq su ilə yuyun.-Parafin Və 3 damcı xardal yağı qarışığını gecə ayaqlara tətbiq edib pambıq corab geyərək yatmaq həll üsullarından biridir. 15 gün boyunca edilən bu tətbiqlə topuqlarda çatlar qalmaz

-Lahana yarpaqlarını qaynadın və ayağınıza sarın. Pambıq corab giyərək yatın.

-Bir soğanı qaynadın və püre halına gətirin. Ayağınıza sürtün və tənziflə bağlayıb 1 saat istirahət edin.

-Duşdan əvvəl yetişmiş bananı əzərək ayaqlarınıza sürtün və gözləyin. 20 dəqiqə gözlədin. Daha sonra ilıq su ilə təmizləyin.


Buna da baxın

Dodaq boyası istifadəsində diqqət edilməli qaydalar

Whatsapp ilə Paylaş Dodaq boyanız kənarlara yayılıbsa Əvvəl pambıqlı çubuqla yayılan qisimləri təmizləyin. Sonra pambıqlı çubuğun …