Əsas səhifə / Əsas menu / Gözəllik / Çatları aradan qaldıran üsullar
Bizi mobildən daha sürətli  izləyin

Çatları aradan qaldıran üsullar

doğum-çatlaklarıÇatları aradan qaldıran üsullar

Hamiləlik və ya çəki artımı ilə bağlı yaranan çatlaqları aradan qaldırmaq üçün təbii üsullar vardır. Biz də onları sizə təqdim edirik.

Çatlaq aradan qaldıran kök maskası

Ehtiyacınız qədər kökü qaynadıb püre halına gətirin və içərisinə bir yemək qaşığı şirin badam yağı əlavə edib qarışdırın. Çatlaq olan bölgələrə masaj edərək sürtün və uzanır filmlə sarıyıb bir saat gözlədin. Ardından soyuq suyla durulayın. Bu maska, çatlaq yaxşılaşdırmağa əlavə olaraq selülit aradan qaldırıcı təsirə malikdir.

Təsirli nəticə verən kakao yağı maskası

Aktardan ala biləcəyiniz qatı kakao yağını benmari üsulu yəni qaynar su dolu bir qazanın üzərinə daha kiçik bir qazan qoyaraq əridin. Kakao yağı dərhal əriyəcək, yanmamasına diqqət edin. Əriyən yağı bədən istiliyinə gələnə qədər gözlədin. Əriyən kakao yağını çatlaq olan bölgələrə masaj edərək yedirin. Qısa bir müddət yağın dəri tərəfindən əmilməsi üçün gözləyin. Bölgənin növünə görə uzanır film kəsin ya da pambıqlı, dar bir penjama geyin. Ən az 2 saat gözlədin. Ardından ilıq suyla duş ala bilərsiniz.


Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …