Əsas səhifə / Əsas menu / Gözəllik / Çaytikanı yağı ilə gözəlləşin – Necə?
Bizi mobildən daha sürətli  izləyin

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

j

Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən edir.

Qadınklubu.com çaytikanı yağı ilə hazırlanan kosmetik maskanın reseptini təqdim edir:

Tərkibi:

2 xörək qaşığı yulaf

1 çay qaşığı Medoil çaytikanı yağı

1 çay qaşığı bal

Hazırlanması:

Yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma şişəndə ora  çaytikanı yağı, bal əlavə olunur və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur

Çaytikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1 dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.

Buna da baxın

Evdə edə biləcəyiniz dəri ağartma kremi

Whatsapp ilə Paylaş Evdə hazırlaya biləcəyiniz müxtəlif kremlər və maskalar var. Onlardan bir də dərinin …