Əsas səhifə / Əsas menu / Gözəllik / Cazibədər görünməyin 10 qızıl yolu
Bizi mobildən daha sürətli  izləyin

Cazibədər görünməyin 10 qızıl yolu

Cazibədər görünməyin 10 qızıl yolu

11655434_1583311501931369_1780747128_n

İncə toxunuşlarla siz cazibədar görünə bilər, diqqətləri öz üzərinizə toplaya bilərsiniz

Cazibədar görünmək və bəyənilmək qadınların ən böyük arzularından biridir. Bunun üçün saatlar xərcləyə bilərlər. Cazibədar olmağı asanlaşdıracaq 10 praktik təklif ilə artıq bu saatlar sizə qalacaq.

Güpürün cazibəsi

Heç vaxt dəbdən düşməyəcək və hər zaman qadının cazibədarlığını önə çıxaran güpür, cazibədarlıq üçün əhəmiyyətli bir detaldır. Güpürü hansı geyim detalında istifadə etməyinizdən asılı olmayaraq kişilərin diqqətini çəkəcəkdir.

Ən əhəmiyyətli silah: Dolğun dodaqlar

Angelina Jolie, Rihanna və Adriana Lima sahib olduqları cazibədar görüntülərini nəyə borculudurlar? Təbii ki dolğun dodaqlarına. Dolğun dodaqlı qadınlar, bütün dövrlərdə kişilərin diqqətini cəlb etmişdir. Zəif və incə dodaqlar, yaxşı bir pomada və sadə bir makiyaj ilə daha iri və dolğun göstərilə bilər.

Dumanlı gözlərin təsiri

Dumanlı göz makiyajı gözləri iri göstərməyin ən gözəl yollarından biridir. Üstəlik bu makiyaj baxışlara hüznlü bir cazibədarlıq da qatar. Dumanlı baxışlar kişilər üzərində olduqca təsirlidir. Dumanlı göz makiyajı, xüsusilə gecə gəzmələrində rahatlıqla istifadə edilə bilər.

Düzgün seçilmiş dekoltelər

Paltar seçimində düzgün seçilmiş yüngül sinə dekolteli köynəklərlə siz cazibədar görünüş əldə edə bilərsiniz. Dekolte bölgəsinə çəkiləcək az işıltılı krem də cazibənizi artıracaq.

Başdan çıxardan qoxular

Bir mühitdə diqqət mərkəzində olmağın ən əhəmiyyətli yolu ətirdir. Qoxular, kişilər üzərində baş döndürücü bir təsirə malikdir. Doğru qoxu ilə bir kişini başdan çıxarmaq çox daha asan olacaq. Xüsusilə vanil, gül, portağal çiçəyi və ya yasəmən qoxularının ən cazibədar ətirlər olduğu unudulmamalıdır.

Baş döndürən uzun saçlar

Uzun və çiyinlərə tökülən saçların kişilər tərəfindən bəyənildiyi bilinən bir reallıqdır. Uzun və baxımlı saçlar kişiləri cəzb edir.

İpək kimi saçların cazibəsi

Kişilərin başını döndürən , diqqətini çəkən əhəmiyyətli xüsusiyyət, qadında parlaq və baxımlı saçlardır. Buna görə saçınızın rəngi, forması necə olursa olsun hər zaman saçlar parlamalı və baxımlı olmalıdır.

Aksesuarla nöqtəni qoyun

Aksesuar paltarın tamamlayıcısıdır. Bir papaq, parlaq bir boyunbağı, tək bir üzük kimi aksesuar bir paltarda çox böyük fərq yarada bilər. Bəzən tək rəng və düz bir paltarda boyunu işıltıyla dolduran bir boyunbağı və ya başdakı gözəl bir papaq bir qadını mühitin ən cazibədar qadını edə bilər.

Ən vacib detal: Dikdaban ayaqqablar

Qadını cazibədar göstərən ən əhəmiyyətli aksesuarlardan biri də əlbəttə dikdaban ayaqqabılardır. Mümkün olduqca qadınlar seçimlərini dikdaban ayaqqabıdan istifadə etməlidirlər. Çünki daha uzun ayaqlar, hər zaman daha cazibədar görsənir.

Cazibədarlığın simvolu: Qırmızı

Əgər hər hansı bir mühitdə diqqət çəkmək istəyirsinizsə, qırmızı ən ideal seçimdir. Məsələn, qırmızı bir paltar ilə cazibədar görünmək çox daha asandır.

Buna da baxın

Dəbin yeni axını: Qısa romperlər

Whatsapp ilə PaylaşSizlərə gözəl görünəcəyiniz, möhtəşəm romperlər təqdim edirik.   Whatsapp ilə Paylaş