Əsas səhifə / Əsas menu / Gözəllik / Cilddəki ləkələr üçün bayat çörək maskası
Bizi mobildən daha sürətli  izləyin

Cilddəki ləkələr üçün bayat çörək maskası

g

Cilddəki ləkələrdən yaxa qurtarmaq üçün ən yaxşı vasitələrdən biri hər bir evdə olan bayat çörəkdir.

Çörək nəinki qida, həm də maskada istifadə edilə bilər. Sözügedən cilddəki ləkələrə qarşı bayat çörək maskasının reseptini Qadınklubu.com təqdim edir:

Vəsaitlər:

1 dilim bayat çörək içi
1 çay qaşığı yer fındığı əzməsi
1 çay qaşığı süzmə bal
1 yumurta ağı
2 yemək qaşığı nar suyu
2 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı qatıq

Hazırlanması və tətbiqi:

Bütün vəsaitləri blenderdan keçirin. Təmizlədiyiniz dərinizə bu qarışığı tətbiq edin və təxminən 20 dəqiqə gözlədin. daha sonra ilıq su ilə durulayın.

Qeyd: Çörək olaraq hər cür bayat çörəyi istifadə edə bilirsiniz. Kəpək, çovdar ya da tam buğda olub-olmaması fərq etmir …