Əsas səhifə / Əsas menu / Gözəllik / Cildi qidalandıran və nəmlədirən maska
Bizi mobildən daha sürətli  izləyin

Cildi qidalandıran və nəmlədirən maska

Cildinizi qayiq maskasi ile qidalandirin
Evinizdə qatıq maskası edərkən diqqət etməyiniz  lazım olan bir neçə nöqtə var. Bunların başında ev qatığından istifadə edilməsidir. Evdə qatıq maskası edərkən, mümkünsə öz mayaladığınız qatığı istifadə edin. Meyvəli və qatqılı qatıqlardan maska ​​etməyin. Əgər dəriniz yağlıdırsa yağı azaldılmış, qurudursa yağlı qatıq seçin.

Qatıq maskasının hazırlanması və tətbiqi

Qatığı bir qaba qoyub taxta qaşıqla çırpın. Çırpılmış qatığı dəriyə həm bərabər şəkildə çəkin. Qatığı barmaqlarınızın uclarıyla çox basdırmadan masaj edərək üzünüzə və boyunuza yedirin. Quruyana qədər toxunmayın ki dəriniz bərabər dərəcədə faydalana bilsin. Maskanın quruması dərinizin qatığı əmdiyi və onun qidalandırıcı dəyərlərini aldığı mənasını verər. Bu mərhələdə üzünüzü və boynunuzu ilıq suyla durulayın.

Qatıq maskasının dəriyə faydaları

Qatığın tərkibində B5 və B12 vitaminləri, kalsium, sink və başqa turşular vardır . B12 vitamini dərini qidalandırır, B5 vitamini ləkələri aradan qaldırır, B2 vitamini isə hüceyrə yeniləyici xüsusiyyəti ilə dərini təmizləyir və nəmləndirir. Sink yaşlanma təsirlərini gecikdirər,  kalsium isə dərini qidalandırır.

Buna da baxın

Rus qadınlarının gözəllik sirri

Whatsapp ilə Paylaş Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar. Bu …