Əsas səhifə / Əsas menu / Gözəllik / Cildinizə 5 dəqiqədə 5 qat daha çox nəm bəxş edən maska
Bizi mobildən daha sürətli  izləyin

Cildinizə 5 dəqiqədə 5 qat daha çox nəm bəxş edən maska

Cildinizə 5 dəqiqədə 5 qat daha çox nəm bəxş edən maska

Qışda cilddə yaranan quruluq, nəmin azalması probemi sizi də narahat edirsə, bunun çarəsi sadəcə nəmləndirici maskalardan müntəzəm  istifadə etməkdir. Qadınklubu.com bu dəfə sizlərə evdə rahatlıqla hazırlaya biləcəyiniz nəmləndirici maska resepti təqdim edir. Bu maska ilə cildinizə 5 dəqiqədə 5 qat daha artıq nəm qazandıracaqınıza əmin olun. Quruluqun qarşısını almaqla yanaşı, həm də qırışlarıa qarşı təsirlidir.

Vəsaitlər:

1 ədəd banan

1 ədəd yumurta

1 yemək qaşığı qaymaq

Hazırlanması və tətbiqi: yumurtanı yaxşı həll olunana qədər çırpın. Daha sonra üzərinə bananı əzərək əlavə edin.   Yemək qaşığı qaymaqı da əlavə edib tam bir maddə halına gələnə kimi qarışdırın. Hazırladığınız maskanı təmizlənmiş üzünüzə çəkib, 5-10  dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın.

Buna da baxın

Kofeli tort

Whatsapp ilə PaylaşTərkibi: 1.75 st un 2 st şəkər tozu 0.75 qr kakao 2 ç/qaşığı …