Əsas səhifə / Əsas menu / Gözəllik / Cildinizin rəngini açmaq üçün 9 maska
Bizi mobildən daha sürətli  izləyin

Cildinizin rəngini açmaq üçün 9 maska

cildinizin r'ngini a,maq w,wn 9 maska

*Qurudulmuş  portağal qabıqlarını sürtgəcdən keçirərək  süd və ya qaymaqla qarışdırın. Bir maddə halına gəldikdə təmiz cildə çəkin. 20 dəqiqə gözlədib ilıq su ilə durulayın.

* Ağ turp dəri rəngini açmaqda yaxşıdır. Dilimlənmiş ağ turpu  üzünüzə çəkə  bilər ya da suyunu sıxdıqdan sonra  pambıqla üzünüzə tətbiq edə  bilərsiniz. 30 dəqiqə gözlədikdən sonra yuya bilərsiniz.

* Yatmazdan əvvəl bir ədəd xiyarı rəndələyin və tənzif köməyiylə suyu ilə dənəsini ayırın. Əvvəl xiyar dənələri ilə üzünüzü ovalayın sonra xiyarın suyunu üzünüzə sürtün və səhər oyandığınızda üzünüzü yuyun.

* Sarıkök  ilə limon suyunu qarışdırın və üzünüzə sürtün. 20 dəqiqə sonra ilıq su ilə durulayın. Bu tətbiqi 2 gündə bir etsəniz təsirini qısa zamanda görəcəksiniz.

* Pomidorun suyu və unu qarışdırın və maska konsistensiyasına gəlincə üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla yuyun.

*Qaymaq, pomidor suyu və yulaf ununu yaxşıca qarışdırın və məcun konsistensiyasına gəldiyindən əmin olduğunuzda üzünüzə sürtün. 20 dəqiqə gözləyin və üzünüzü yuyun.

* Gül suyu, limon suyu, yumurta, badam yağı, bal, yulaf unu, sirkəni bir qabda qarışdırıb üzünüzə sürtün. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

* Kartof dəri rəngini açmada olduqca təsirlidir. Böyük kartofları  dilimləyin və üzünüzdə 15 dəqiqə gözlətdikdən sonra üzünüzü yuyun.
* Əgər göz altı morluklarından şikayətçisinizsə,  gündə ən az 10 stəkan su üçün. Çox su istehlakı göz altı bənövşəliklərin aradan qaldırılmasında təsirlidir.

Buna da baxın

Saç quruluğu üçün maskalar

Whatsapp ilə Paylaş Qurumuş saçlarınızı canlandırmaq və nəmləndirmək üçün bitki mənşəli maskalardan faydalana bilərsiniz. Saç …