Əsas səhifə / Əsas menu / Gözəllik / Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları
Bizi mobildən daha sürətli  izləyin

Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları

ss

Çox çillərim var və bu xoşuma gəlmir deyirsinizsə, Qadınklubu.com sizə çillərdən xilas olmağın təbii yollarını təqdim edir:

Qara üzüm

Təzə qara üzümü iki yerə bölüb çilli hissəyə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. 15 gün ərzində hər gün təkrarlayın. Bir neçə gün ara verib yenidən istifadə edin.

Kətan toxumu

2 yemək qaşığı kətan toxumunu 250 qram qaynar suya qatıb qarışdırın. Soyuduqdan sonra süzüb üzünüzə sürtün. Quruduqdan sonra yuyun. 1 ay boyunca hər gün təkrarlayın.

Limon, bal və cəfəri qarışığı

1 yemək qaşığı bal, 5 dəstə cəfəri və yarım limonu blendırdan keçirin. Əldə etdiyiniz suyu çil olan hissəyə sürtün. Yaxşıca quruduqdan sonra üzünüzü yuyun. Limon turşulu olduğundan, hər gün istifadə etsəniz dərinizi quruda bilər. Bu qarışığı iki gündən bir istifadə edin, istifadə etdiyiniz günlərdə üzünüzü yuduqdan sonra mütləq nəmləndirici ilə nəmləndirməniz də lazımdır.

Buna da baxın

Limonun bilmədiyimiz faydaları

Whatsapp ilə Paylaş Limon yalnız bir qida deyil. Limon ayrıca gündəlik gözəllik rejiminin bir parçası …