Əsas səhifə / Əsas menu / Xəbər / Çılpaqlıq da bir kostyumdur deyən fransız gözəlçə – fotolar
Bizi mobildən daha sürətli  izləyin

Çılpaqlıq da bir kostyumdur deyən fransız gözəlçə – fotolar

Çılpaqlıq da bir kostyumdur deyən fransız gözəlçə – fotolar

Şabalıdı saçlı, yaşıl gözlü, ağ bənizli fransız aktrisa Marina Vakt 1990-cı ildə Lionda doğulub. Anasını uşaq yaşlarında itirib, atası isə sürücü işləyib. 14 yaşında “H&M” mağazasında alış-veriş edərkən model agentlikləri tərəfindən kəşf olunub. İlk rolu Sedrik Klapişin “Piroqda mənim payım” filmində olub.

Kişi köynəkləri və pencəkləri geyinən, daima dağınıq saçla gəzən, üzündəki xalları gizlətməyə çalışmayan, ümumiyyətlə, makiyaj etməyi sevməyən Vakt italyan “Vogue”unun siması olub, “Dolce&Gabbana”nın payız-qış kolleksiyasında çəkilib, “Saint Laurent”in “Parisienne” ətrinin reklamında Keyt Mossu əvəz edib.

Lars fon Trier və Sokurovun pərəstişkarıdır. 2013-cu ildə Kann festivalında “Qızıl palma budağı” mükafatına namizəd göstərilən “Gənc və gözəl” filmində oynadığı 16 yaşlı fahişə rolu ilə məşhurlaşıb. Rejissor Fransua Ozon onu kamera qarşısında səlis duruşu və sehirli təbii gözəlliyinə görə seçib. Aktrisanın filmdəki çılpaq səhnələrinə münasibəti isə normaldır: “Çılpaqlıq da bir kostyumdur”.
[nggallery id=914]


vera__9__ce52abe6765552a2edb72b3234165fe4

Buna da baxın

Fransız bulkaları

Whatsapp ilə Paylaş Tərkibi: hazır mayalı qat-qat xəmir 200 q kişmiş 200 q damla şokolad …