Əsas səhifə / Əsas menu / Ailə / Cinsi əlaqə zamanı ağrıların səbəbi l Disparoni
Bizi mobildən daha sürətli  izləyin

Cinsi əlaqə zamanı ağrıların səbəbi l Disparoni

disparoni l cinsi əlaqəzaamnı ağrıların olması səbəbi

Bir çox qadının ortaq problemi olan cinsi əlaqə zamanı yaşanan ağrılar əslində çarəsi olmayan bir problem deyildir. Amma qadınlar utandıqlarına və ya başqa bir səbəbdən həkimə müraciət etmirlər. Bu problem   də qadınlarda cinsi istəksizliyə gətirib çıxarır ki, bu da ailənin, münasibətin bitməsinə səbəb olur.  Mütəxəssislər sadə bir müalicə ilə bu problemin həllinin mümkünküyünü qeyd edirlər.

Psixoloji, fizioloji və infeksiya kimi bir sıra problemlər cinsi əlaqə zamanı ağrıların yaranmasına səbəb ola bilər.

Klimaks dövründə bir çox hormonların ifrazının azalması ilə əlaqədar olaraq  vaginanın quruluğu səbəbi ilə də ağrılar müşahidə edilir. Eyni zamanda vaginanın elastikliyini itirməsi də əhəmiyyətli rol oynayır.

Doğum sonra meydana gələn yırtıqlar sağalsa da,  klimaks dövründə bəzən yenidən ağrılara səbəb ola bilir.

Vaginal təmizlik üçün gellərdən və sabunlardan istifadə vaginal quruluğa səbəb olur. Mütəxəssislər bu kimi təmizləyici maddələrdən istifadə edilməsini məsləhət bilmirlər.

Bu tip ağrılar cinsi əlaqədən bir-iki saat sonra da davam edə bilir. Əgər belə ağrılarınız olarsa mütləq həkimə müraciət etməlisiniz.

Buna da baxın

Qadınlarda cinsi istəksizliyin səbəbləri və həlli

Whatsapp ilə Paylaş Qadın və kişilərdə cinsi istəyin  fərqli olması birbaşa hormonal fərqlərdən qaynaqlanır. Kişilər …