Əsas səhifə / Əsas menu / Sağlamlıq / Cinsi aktivliyi artıran bitkilər
Bizi mobildən daha sürətli  izləyin

Cinsi aktivliyi artıran bitkilər

biCinsi aktivliyi artıran bitkilər

Ehtirası artırmaq üçün viaqraya ehtiyac yoxdur.

Çünki sadalayacağımız bitkilər bu baxımdan olduqca güclü təsirə malikdir. Lent.az “internethaber.com” saytına istinadən cinsi istəyi artıran bitkiləri təqdim edir.

Kök

Sizcə, dovşanlar niyə bu qədər çox artır? Kökdəki seks hormonlarını aktivləşdirən komponentlərə görə. Professor İbrahim Adnan Saraçoğlu “kök təbii viaqradır” deyir.

Qarpız

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi aparılan bir araşdırmaya görə, tərkibindəki citrulline maddəsi sayəsində bədənin rahatlamasını və qan damarlarının genişlənməsini təmin edən qarpız “təbii viaqra” olaraq qiymətləndirilir.

Fıstıq

Zülal və bol E vitamini ehtiva edər. Xoşbəxt bir evlilik üçün afrodizyak otlardan faydalanmağın xeyri fayda var.

Ağ tum

Ehtirası artırır, amma sızanaq və çəki artımına da səbəb olur.

Yulaf əzməsi

Xüsusilə qadınlarda cinsi istəksizliyi aradan qaldırır. Hormonları nizamlayır və bədənin müqavimətini artırır.

Hər səhər südlü yulaf əzməsinin içinə istəsəniz qoz, fındıq, fıstıq da əlavə edə bilərsiniz. Bu qüvvətli qida ilə gününüzü daha asan keçirə bilərsiniz.

Qırmızı və yaşıl acı bibər, istiot

Həmişə şirniyyatlar olmamalıdır axı. İnana bilməyəcəksiniz, amma acı da cinsi istəyi yüksəldir.

Sarımsaq

Bütün hormonları fəaliyyətə salır. Çiy şəkildə yeyilməsi tövsiyə edilir.

Roka

Yaşıl tərəvəzlər içində bu mənada ən qiymətlisi rokadır. Tək balıq yeməklərində deyil, salatlarda da istifadə etməlisiniz.

Zəncəfil

Bütün bədənə və ruha güc qazandırır. Peçenye və şirniyyatlarda da istifadə oluna bilər.

Arı südü, bal və polen qarışığı

Bu qarışıq həm hüceyrələrinizi yeniləyər, həm də yaşınız ötsə belə cinsi gücünüzü yerində tutar.

Cəfəri

Bədən yorğunluğunu aradan qaldırır. Kişilərdə cinsi gücü artırdığı isə artıq sübuta yetirilib.

Gicitkən toxumu

Bir kilo bal ilə 100 qram gicitkən toxumunu qarışdırın və hər gün bir qaşıq yeyin. Özünüzü əla hiss edəcəksiniz.

Nanə

Xüsusilə qadınlarda bütün qadınlıq hormonlarının nizamlı işini təmin edir və bədəni gücləndirir.

Xardal

Bütün hormonları çalışdırır və əsəbləri qüvvətləndirir. Xüsusilə kişilərdə cinsi gücü artırır.

Vanil

Həm bədəni, həm də sinirləri gücləndirir, ehtirası artırır. Şirniyyatlar və kekslərdə bolluca istifadə edilə bilər.

Quşdili

Kişilərdə və qadınlarda cinsi iqtidarsızlığı aradan qaldırır.

Kərəviz

Daha çox kişilərdə cinsi fəaliyyəti artıraraq vaxtsız iqtidarsızlığın qarşısını alar. Xüsusilə 30 yaşlarında mütləq yeyin.

Üzərlik toxumu

Nəzər otu olaraq tanınan üzərlik toxumu cinsi gücü artırır, hamiləliyi asanlaşdırar. Əzilmiş toxum gündə 1-2 qram bala qarışdırılaraq yeyilə və ya birbaşa su ilə içilə bilər.


Buna da baxın

Pizza resepti

Whatsapp ilə Paylaş Tərkibi; Xəmir üçün: 5 su stəkanı un 1 paket  maya (10 qr), …