Əsas səhifə / Manşet / “Cinsi gücü artıran” həblər əslində…
Bizi mobildən daha sürətli  izləyin

“Cinsi gücü artıran” həblər əslində…

qq

Son zamanlar tərkibində heç bir kimyəvi maddə olmayan, bitki mənşəli kimi tanınan “cinsi gücü artıran ” dərmanlar laborotoriyada test edilərək, əslində tərkibində kimyəvi maddələrin olduğu aşkarlanmışdır.

Mövzuyla əlaqədar türkiyəli professor Ayşəgül Köroğlu “Adətən bu dərmanlar kapsula şəklində satılır. Həmin dərmanların üzərində bitki mənşəli olması, tərkibində heç bir kimyəvi maddə olmadığı yazılır.Həmin dərmanları Ankara Universiteti Əczaçılıq fakültəsinin mərkəzi laborotoriyasına göndərilərək analiz edilmiş və nəticə olaraq, dərmanların tərkibində əvvəl rast gəlinməyən bir maddə aşkarlanmışdır.

Onlar “Bu maddə onsuzda tanınmır, diaqnoz edərək təyin edilməsi çətin olar” düşüncəsinə arxalanaraq, dərmanların tərkibində həmin maddəni bitki mənşəli olması ilə qeyd etmişdirlər.

Dənizə düşən ilana sarılar məntiqi

Professor Ayşəgül Köroğlu “dənizə düşən ilana sarılar məntiqinə əsasən həmin insanlar həkimə müraciət etməkdən utandıqları üçün bu kimi dərmanlardan istifadə etməyə məcbur qaldıqlarını” qeyd etdi. Bu kimi dərmanlar da bitki tərkibli kimi tanındıqları üçün hər yerdə rahatlıqla əldə edilir. Bu da insanların həmin dərmanları əldə etməsini olduqca asanlaşdırır.

Bu dərmandan istifadə edən şəxs bitki tərkibli olmasını düşünsə də, eyni zamanda istifadəsinin də tamamilə səhv olduğunu bilir. Bu dərmanların tərkibindəki süni kimyəvi maddələr daha da çətin problemlərin və xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də bu kimi dərmanlardan istifadə etməmişdən əvvəl mütləq həkimə müraciət edilməli, əks təqdirdə əsla istifadə edilməməlidir.

Buna da baxın

Cinsi gücü artıran qidalar

Whatsapp ilə Paylaş Cinsi gücün zəifləməsi problemini dərmanlarsız, təbii vasitələrlə də müalicə etmək mümkündür. Normal …