Əsas səhifə / Əsas menu / Xəbər / Cinsiyyətini dəyişdirən aktyor səhnəyə qayıdır
Bizi mobildən daha sürətli  izləyin

Cinsiyyətini dəyişdirən aktyor səhnəyə qayıdır

Cinsiyyətini dəyişdirən aktyor səhnəyə qayıdır

xeberici

Cinsiyyətini dəyişdirməklə hər kəsin diqqətini cəlb edən türkiyəli aktyor Rüzgar Erkoçlar uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.

Sənətçi yeni yaradılmış 4DSGN moda mərkəzinin açılışında iştirak edib. Rüzgar geyiminə əhəmiyyət verdiyini bildirib:

“Geyim mənim üçün çox vacibdir. Paltarlarımı hazırlayan dostuma görə buraya gəlmişəm. Onun əl işlərini çox bəyənirəm”.

R. Erkoçlar yenidən filmə çəkiləcəyini açıqlayıb:

“Filmə çəkilməyə davam edəcəm. Amma özümə uyğun rol axtarıram. Bu səbəbdən tələsmirəm”.

Qeyd edək ki,  27 yaşlı aktyor 2013-cü ilin fevral ayında əməliyyat olunaraq kişi olmuşdu.


axsam.az