Əsas səhifə / Manşet / Cinslərin rənginin solmaması üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Cinslərin rənginin solmaması üçün məsləhətlər

Cinslərin rənginin solmaması üçün məsləhətlər

 

Cinslər rəngi solan tez köhnələn parça tipi olmasına nəzərən bir qədər problemlər yaradır. Bəziləri güec bəziləri isə ilk yumadan sonra belə ilk günki rəngini solğun bir rəngə təslim edir. Bu da təbii ki o qədər də ürəkaçan deyil. Əgər belə bir problemlə qarşılaşmaq istəmirsinizsə, bir sıra qaydaya riayət etmək həll yolu olacaqdır.  Belə ki, qadinklubu.comun təklif etdiyi praktik üsulllardan faydalanaraq, probleminizə həll yolu tapa bilərsiniz.

  • Belə ki, cins şalvarlarınızın rəngini ilk günki kimi qalmasını istəyirsinizsə, şalvarı yuduğunuz suya bir qədər sirkə əlavə edin. Sirkə ilə qarışdırılan suda şalvarı yusanız rəngi solmayacaqdır. Bu prosesi hər dəfə yuyarkən tətbiq edin.
  • Şalvarınızı əlinizdə yusanız, bu həm rənginin axmaması üçün, həm də formanın deformasiyaya uğramaması üçün də əhəmiyyətlidir.
  • Şalvarı paltar qurudan maşında deyil, təbii havada qurudun.
  • Şalvarınızı yumamışdan əvvəl suya bir qədər duz əlavə edib, şalvarı həmin suda 12 saat gözlətdikdən sonra yuyun. Rənginin sabitləşdiyini, dəyişmədiyini görəcəksiniz.
  • Şalvarı yuyarkən tərs çevirin.
  • Şalvarları tək-tək yuyun.
  • Yuyarkən soyuq sudan istifadə etmək də çox faydalı olacaqdır.